Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə zamanadək ərköyünləşdirəcək?

Vüqar Rəhimzadə: Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə zamanadək ərköyünləşdirəcək?

Bakı, 18 iyun, AZƏRTAC

İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Çünki bu ölkənin mayası işğalçılıqdan, terrordan, demokratik dəyərlərə hörmətsizlikdən yoğrulsa da bu və ya digər dövlətlərin, beynəlxalq təşkilatların maraqlarının ifadəçisinə çevrilməsi, onların əlində alət rolunu oynaması evin ərköyün uşağı kimi başına sığal çəkilməsinə səbəb olur. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. 30 ildən artıqdır ki, münaqişə ədalətli həllini gözləyir, problemin həlli ilə bağlı möhkəm hüquqi baza mövcud olsa da, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr hələ də kağız üzərində qalmaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Təbiidir ki, yalan üzərində qurulan və ona kənardan gələn dəstək əsasında həyata keçirilməsi davam etdirilən siyasətin sonu olmaz.

Baş redaktor bildirib ki, işğalçı dövlətdə hazırda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır: "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib və o, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanla bağlı son hadisələr fonunda özlərini “azadlıq carçısı” adlandıran bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi diqqətdən kənarda qalmır. Çünki digər ölkələrdə, xüsusilə Azərbaycanda baş verən ən kiçik olayı diqqətlə izləyib, ona öz maraqlarına uyğun olaraq siyasi don geyindirməyə, ən əsası demokratik prinsiplərin kobud şəkildə pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları nə üçün işğalçı dövlətə “diqqətsizlik” nümayiş etdirir? Bu “diqqətsizliklərin” fərqində olmayan həmin qurumlar özləri demokratiyanın tələblərini kobud şəkildə pozur, artıq bu reallığı təsdiqləyirlər ki, hazırladıqları hesabatlar reallıqları deyil, Azərbaycanın daxilindəki hansısa antimilli ünsürlərin, erməni və ermənipərəst dairələrin maraqlarını əks etdirir. Ona görə “Freedom House”, “Amnesty İnternasional” kimi beynəlxalq hüquq müdafiə təşkilatları işğalçı Ermənistanı “azad”, Azərbaycan kimi demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən dövləti “qeyri-azad” ölkələr sırasında qeyd edir. Ən böyük ədalətsizlik isə Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi təqdim edilməsidir”.

V.Rəhimzadə ölkəmizdə vətəndaşların bütün azadlıqlarının təmin edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, demokratik cəmiyyətin vacib elementlərindən biri kimi sivil mübarizənin əsas tərkib hissəsi küçə yürüşlərinin, mitinqlərin, kütləvi aksiyaların keçirilməsidir: “Azərbaycanda bu sahədə təkmil qanunvericilik mövcuddur. “Sərbəst toplaşma haqqında” Qanun zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Azərbaycanda yaradılan bu şəraitə baxmayaraq, hansısa dağıdıcı ünsür xaricdən gələn sifariş əsasında küçəyə çıxaraq, ölkədə qarşıdurma yaratmağa çalışdığı üçün icazəsiz aksiyalara meyil göstərir, bu cəhdlərin qarşısı qanuni yolla alındıqda adlarını çəkdiyimiz beynəlxalq hüquq müdafiə təşkilatları dərhal Azərbaycanı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham edirlər. Təbii ki, burada əsas olan reallıq deyil, qərəzdən yaranan hansısa bir fikrin səsləndirilməsidir. Amma gəlin diqqət yetirək, işğalçı Ermənistanda Q.Sarukyanın tərəfdarları parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərir, ölkənin təhlükəsizlik qüvvələri onun qarşısını kobudluqla alır, yüzlərlə insan saxlanılır. Qərbin demokratiya institutları bunu görməzdən gəlir. Niyə? Azərbaycan dövləti bu “niyələrin” səbəblərini ən yüksək tribunalardan bəyan edir, “xəbərsiz”, eşitmək problemi olan isə deyəsən həmin beynəlxalq qurumların özləridir. İşğalçı dövlətdə polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Bu, işğalçıya dəstək olan qurumlar, dövlətlər üçün demokratiyanın tələbidir. Amma başqa ölkələrdə, xüsusilə Azərbaycanda demokratik dəyərlərin kobud şəkildə pozulması, mətbuat azadlığının boğulmasıdır. Dünya Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada elan etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya vermədi? Mütəmadi olaraq dünya ölkələrində insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayan ABŞ Dövlət Departamenti, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası Parlament Assambleyası, demokratiyaya, azad mətbuata dəstək missiyasını yerinə yetirən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, dünyaya demokratiya dərsi keçən ABŞ-ın, həmçinin digər Qərb ölkələrinin Ermənistandakı səfirlikləri niyə bu ölkədə demokratiyanın boğulmasına münasibətlərini bildirməkdə “çətinlik” çəkirlər?”

“Azərbaycan istər demokratik islahatların dəyərləndirilməsi sahəsində, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın ikili siyasətini hiss edir və daim buna öz sərt mövqeyini açıqlayır”, - söyləyən siyasi elmlər doktoru Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Qərb hazırda işğalçı dövlətdə yaşanan siyasi böhranı görməzlikdən gəlsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq uzanmasının səbəblərindən xəbərdardır. Bunun üçün geniş şərhə ehtiyac görmürük.

V.Rəhimzadə bildirib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi məlum olaylardandır: “Paşinyan öz siyasi rəqiblərini bir-bir həbsə atmaq yolunu tutub. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdırsa, ona dəstək verən dünya dövlətlərinin məqsədi isə öz maraqlarını həyata keçirmək üçün siyasətdən xəbəri olmayan paşinyanları hakimiyyətdə saxlamaq və ondan bir vasitə kimi istifadə etməkdir. Maraqların üst-üstə düşməsi Ermənistanın ərköyünlüyünün dərinləşməsində katalizator rolunu oynayır. Amma 30 ildən artıqdır ki, dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini gözləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemin həllinə öz maraqları prizmasından yanaşmaları hələ də ümumi mövqenin ortaya qoyulmasını çətinləşdirir. Nə qədər ki, dünya ikili siyasətinə son qoymayıb, qəbul edilən qətnamələr kağız üzərində qalıb münaqişəli məsələlərin həllində ədalət axtarmaq sadəlövhlük olar. Ermənilərə ədalət meyarının nə olduğunu başa salmağın zamanıdır. İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin inkişafında dövlət başçısının düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti, ən əsası xalq qarşısında verdiyi vədləri əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri özlərinə qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməz, ədalət meyarı bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq edilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransda çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO