Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Tariximizə Zəfər salnaməsini yazan qalib Prezidentə xalqın sevgisi və etimadı şəksizdir

Vüqar Rəhimzadə: Tariximizə Zəfər salnaməsini yazan qalib Prezidentə xalqın sevgisi və etimadı şəksizdir

Bakı, 11 aprel, AZƏRTAC

2018-ci il aprelin 11-i baş tutan prezident seçkilərindən 4 il ötür. Arxada qalan hər gün, hər il Azərbaycanın tarixinə möhtəşəm səhifələr yazır, gələcəyə daim inamla baxmağa əsas verir. 2018-ci ilin prezident seçkiləri demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını, bu yolun Azərbaycana böyük uğurlar qazandırdığını bir daha təsdiqlədi. Azərbaycanın bu illər ərzində ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Bu gün Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Məhz uğurlu siyasətin, ölkəmizdə xalq-Prezident birliyinin beynəlxalq səviyyədə yüksək təqdir edilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşır. Doğrudan da Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqilliyimizin daimiliyini, Azərbaycanın imzasının imzalar arasında görünməsini təmin edən Heydər Əliyev kimi ümummilli lideri, torpaqlarımızı işğaldan azad edən, bu ərazilərdə 30 ildən sonra üçrəngli bayrağımızın dalğalanması sevincini yaşadan İlham Əliyev kimi Prezidenti vardır. Dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizə qədər bütün çıxışlarının, bayram təbriklərinin mahiyyətində bu istək, arzu dayanırdı ki, gün gələcək işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurludur, torpaqlarımıza qovuşmağın sevincini yaşayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 2018-ci ilin prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən bildirib.

Azərbaycanın bu 4 ildə iqtisadi inkişafını daha da möhkəmləndirdiyini vurğulayan Vüqar Rəhimzadə deyib: “Baxmayaraq ki, 2019-cu ilin sonlarından dünyanı koronavirus infeksiyası cənginə alıb, dövlətimizin başçısı İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər, irəli sürdüyü təşəbbüslər nümunə göstərilir və yüksək dəyərləndirilir. İnsanların sağlamlığı ilə yanaşı, iqtisadi islahatların daha da dərinləşdirilməsinin, sosial layihələrin təxirə salınmamasının vacibliyini bildirən Prezident İlham Əliyevin Sərəncamı əsasında 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 sosial yardım proqramı həyata keçirildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan amilinə verilən dəyər bütün dövrlərdə öz aktuallığını qoruyub. Təkcə 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezidentin fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Ümumilikdə 2003-2018-ci illər ərzində əməkhaqqı təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir”.

YAP Xətai rayon təşkilatının sədri hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu önə çəkərək Azərbaycanın iqtisadi tərəqqisi ilə dünyanın daim diqqətində olduğunu bildirib. 2018-ci ildə enerji sektorunda qazanılan uğurlara nəzər salan V.Rəhimzadə əlavə edib: “2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında TAP istifadəyə verilib. Hər bir layihə nəzərdə tutulan vaxtda tam başa çatıb. İcra olunan layihələr bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olur. Prezident İlham Əliyev davamlı olaraq iqtisadi inkişafı təmin edən islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illərdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 milyard 958 min 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub”.

2003-2018-ci illəri, eyni zamanda, milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi qiymətləndirən Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olunub. Məhz bu birliyin, həmrəyliyin bariz nümunəsi kimi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərini qeyd edə bilərik. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı gücümüzü, qüdrətimizi, həmçinin birliyimizi nümayiş etdirdi. Azərbaycanın tolerant, mutikultural dəyərlərə böyük töhfələr verən ölkə olması da tarixi Zəfərimizin təqdimatında xüsusi önə çəkilir. Belə ki, ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələri Vətən müharibəsinə qatılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına öz dəstəklərini verdilər. Bu dəstəyi yüksək qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin mayında Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı ənənəsinə start veriləndə açılışın müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı ilə başlanması tapşırığını vermişdir. Azərbaycan Qarabağın tacı Şuşadan tolerant, multikultural ölkə olduğunu bir daha dünyaya çatdırdı.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuzun qüdrətlənməsi istiqamətində görülən işlərdən də bəhs edib: “Azərbaycanın tarixi Zəfəri Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Ötən dövr ərzində təchizat, silah-sursat, texnika ilə təminat, döyüş qabiliyyətinin yüksək səviyyəyə qaldırılması baxımından Ordumuz dünyanın ən güclü orduları sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Tarixi Zəfərimiz Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirməklə yanaşı, ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ölkə”, “güclü ordu” miflərini də darmadağın etdi”.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2003-2018-ci illər Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurları ilə də diqqətçəkəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Həmin bəyanat reallıqda öz əksini tapdı, Azərbaycan Ordusu möhkəm hüquqi bazaya söykənərək döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürdü.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın uğurlarındakı payından və rolundan da bəhs edən Vüqar Rəhimzadə deyib: “Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar ölkəmizin qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına xidmət edir. YAP, eyni zamanda, yeniləşməyə, təkmilləşməyə böyük diqqət göstərir, həyata keçirilən islahatlar prosesinə öz böyük töhfələrini verir. Partiyanın 2019-cu ilin sonlarında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması istəyindən irəli gəlirdi. Məhz bu təşəbbüsün nəticəsi olaraq 2020-ci il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqlarına söykənərək keçirilən VII qurultayı da qəbul etdiyi yeni qərarları ilə diqqət çəkdi. Yeni qərarlar yeni hədəflər və onların uğurlu icrası deməkdir”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, uğurlarımızın əsasında idarəetmə sistemində təkmilləşmə xüsusi yer tutur. Dövlətimizin başçısı İlham Əliyev bu məsələni daim diqqətdə saxlayır. İşğaldan azad edilmiş ərazilərimizdə də müasir idarəetmə sistemi yaradılır. Xalqımız tam əmindir ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımızın Böyük Qayıdışı reallığa çevriləcək. Bundan sonra da Azərbaycan inkişaf edəcək, bütün sahələrdə möhtəşəm uğurlara imza atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH