Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi

Vüqar Rəhimzadə: Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi

Bakı, 18 oktyabr, AZƏRTAC

Qalib, yenilməz və məğrur Azərbaycan xalqı müstəqilliyimizin bərpasının 34-cü ildönümünü qeyd edir. Bayram günlərinin, əlamətdar hadisələrin bir hesabat xarakteri daşıdığını nəzərə alanda son 34 illik tariximizi vərəqləmək bir zərurət kimi qarşıda dayanır. 1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyimizin bərpasının ilk illəri faciəli dövr kimi xarakterizə edilir. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının fonunda azərbaycanlılar tarixi Qərbi Azərbaycan torpaqlarından və Qarabağdan kütləvi şəkildə qovulurdular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal edilməsi böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli həmrəylik, birlik yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti qanunsuz yolla zəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların birillik hakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq, fəlakət dövrü kimi yer alıb. Hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı.

Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. Ovaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyur, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdi. Baxmayaraq ki, Qarabağda işğalçı Ermənistan ilə qanlı döyüşlər gedirdi, bütün bunlar azmış kimi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Cəmi birillik hakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Əgər o vaxt xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin etmək üçün atdığı addımları qısqanclıqla qarşılayanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər etdilər. Lakin Heydər Əliyev-xalq birliyi sayəsində dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Bir daha sübut olundu ki, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev onu qorumağı hər kəsin vətəndaşlıq borcu hesab edirdi. Sabitlik hər bir inkişafın əsası kimi öndə saxlanıldı. Ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməsi dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı. Azərbaycana inam artdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması, 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. Ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar yarandı. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin etdi. İqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması neft gəlirlərinin idarə olunmasında şəffaflığa, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlara yol açdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından gəldi. Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev keçmiş Qarabağ problemini beynəlxalq təşkilatların gündəliyinə gətirdi. Həqiqətlərimiz təkzibolunmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etdi ki, Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etmək üçün 2001-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və ölkədə bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. 1993-2003-cü illərdə xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olub.

Milli Məclisin deputatı qeyd edib ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm təməl üzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqiyə, inkişafa nail oldu. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü dövlətimizin beynəlxalq arenada aparıcı yerinin və rolunun təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur.

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ilin iyunundan başlanan inkişaf yolunun təntənəsidir. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan Bayrağının Şuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdə dalğalanması idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamla apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən birgünlük antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün - 20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı.

Artıq işğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Qalib, bütöv Azərbaycanın qarşısında yeni imkanlar açılır. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirərək uğurları, Zəfərləri ilə hər kəsi heyrətləndirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq mərkəzə çevrilib. Qlobal problemlərin bu məkanlarda müzakirə edilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinə verilən dəstəyin ifadəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri 2021-ci il oktyabrın 15-də Milli Məclisin “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləməsidir. Qanuna əsasən, hər il mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi bayram edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib