Vyanada İranla “beşlik“ ölkələri arasında nüvə razılaşmasına dair görüş keçirilib
Vyana, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Vyana şəhərində İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişlə bağlı İran və “beşlik“ (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) ölkələrinin birgə komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə ABŞ sazişi (Hərtərəfli Birgə Fəaliyyət Planı) birtərəfli qaydada tərk etdiyinə görə, bu ölkənin nümayəndələri görüşə qatılmayıblar. Görüşdən sonra Rusiyanın təmsilçisi Mixail Ulyanov bildirib ki, Vyanada keçirilən görüş iştirak edən tərəflərin razılaşmaya sadiqlik nümayiş etdirdiklərini və onun qüvvədə qalması üçün bütün səylərini səfərbər etməyə hazır olduqlarını nümayiş etdirib.
İran tərəfi isə son dövrlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) danışıqlarda inkişafdan və konstruktiv mühitdən məmnundur. Bu fikri İranın Atom enerjisi üzrə Agentliyinin baş direktoru Əli Əkbər Salehi AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşündən sonra bildirib. Görüşdə İranın nüvə mərkəzlərində AEBA-nın rəhbərliyi ilə yeni beynəlxalq təftişlərin keçirilməsi də müzakirə olunub.
Qeyd edilməlidir ki, ABŞ İrana qarşı sanksiyaların gücləndirilməsinə və bu ilin oktyabr ayında başa çatmalı olan silah ticarətinə dair embarqonun müddətinin uzadılmasına çalışır. Aİ, Çin və Rusiya isə 2015-ci ildə Vyanada imzalanmış və İranın öz nüvə proqramından dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan Hərtərəfli Birgə Fəaliyyət Planının qüvvədə qalmasını istəyirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
- 11.06.2026 [04:16]
Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
- 11.06.2026 [02:59]
ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb
- 11.06.2026 [01:57]
Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]