VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NQUYEN MİNH TRİETƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Vyetnam arasındakı dostluq və əməkdaşlığın xoş ənənələri bundan sonra da davam edərək, qarşılıqlı münasibətlərimizin məzmununu zənginləşdirəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 avqust 2007-ci il.