Vyetnamda inşaat obyektinin çökməsi nəticəsində azı 10 nəfər ölüb
Bakı, 15 may, AZƏRTAC
Vyetnamın Donqay əyalətində tikilməkdə olan obyektin çökməsi nəticəsində ən azı 10 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC “VNExpress” qəzetinə istinadla xəbər verir ki, insident Cənubi Koreyanın tampon, pampers və süd qabları istehsal edən “AV Healthcare” kompaniyasının müəssisələrinin inşa olunduğu sənaye zonalarının birində baş verib. Yüz metrə yaxın uzunluğu və beş metr hündürlüyü olan divar tikinti obyektində işləyən 50-60 nəfərin üstünə aşıb.
Yerli İctimai Təhlükəsizlik Departamentindən verilən məlumata görə, işçilərin əksəriyyəti hələ də dağıntılar altındadır və onların axtarışı davam edir. Xilasetmə əməliyyatlarına ekskavatorlar və tikinti kranları cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]