“Warner Bros. Discovery” növbəti kütləvi kadr ixtisarlarına hazırlaşır
Bakı, 23 may, AZƏRTAC
“Warner Bros. Discovery” şirkəti televiziya bölməsi üzrə kütləvi kadr ixtisarlarının növbəti mərhələsinə hazırlaşır.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, şirkət rəhbərliyi bu addımın qurumun maliyyə problemlərinin tam aradan qalxması və inkişafı üçün atıldığını vurğulayıb. Bu qərarların verilməsi şirkətin inkişafında yeni mərhələ kimi dəyərləndirilib.
Hələ ki, ixtisarların dəqiq vaxtı açıqlanmayıb, bu prosesin yayda başlanacağı güman edilir. Ən çox ixtisarlar şirkətin televiziya bölməsi üzrə aparilacaq.
Qeyd edək ki, “Warner Bros. Discovery” şirkəti Discovery Channel, TLC, Investigation Discovery, Science Channel, Animal Planet, həmçinin Food Network və HGTV kanalları daxil olmaqla kabel şəbəkələrini idarə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]