Azərbaycan Dövlət İnformasiya Agentliyi

X, Y, Z və Alfa - nəsilləri nə fərqləndirir?

Bakı, 3 sentyabr, AZƏRTAC

Müasir cəmiyyətdə ana ilə qızın, ata ilə oğulun bir-birini anlamaması, yaşlı nəslin gəncləri qəbul etməkdə çətinlik çəkməsi və gənc nəslin tez-tez qınaq obyektinə çevrilməsi geniş yayılmış problemlərdəndir. Bu fərqlər yalnız yaşla deyil, insanların formalaşdığı tarixi, sosial, iqtisadi və texnoloji mühitlə də bağlıdır. Nəsillər nəzəriyyəsi uzun illərdir araşdırılır və müxtəlif nəsillər təxminən 15-20 illik dövrlərlə bir-birini əvəz edir. Dünya müharibələri, iqtisadi böhranlar, elmi-texniki tərəqqi və cəmiyyətdə baş verən digər dəyişikliklər nəsillərin dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında psixoloq Zümrüd Nəcməddin qızı deyib.

Psixoloq qeyd edib ki, əvvəlki nəslin yaşadığı çətinliklər və aldığı travmalar da nəsillərarası münasibətlərə təsirsiz ötüşmür: “Keçmiş nəslin aldığı travmalar və qazandığı təcrübələr yaşlı nəslin nümayəndələri tərəfindən daim xatırlanır. Bəzən onlar gənc nəslin də məhz həmin yolla irəliləməli olduğunu düşünürlər. Lakin bu, həmişə mümkün olmur. Nəticədə nəsillər arasında ciddi psixoloji gərginlik və bir-birini qəbul etməmə halları yarana bilər”.

Onun sözlərinə görə, nəsillər nəzəriyyəsində X, Y, Z və Alfa kimi qruplar fərqləndirilir və onların hər birinin özünəməxsus xüsusiyyətləri var.

Psixoloq X nəslinin təxminən 1965-1984-cü illərdə doğulan insanları əhatə etdiyini bildirərək, bu nəslin nümayəndələrinin daha praqmatik olduğunu, maddi dəyərlərə, təhsilə və ailəyə önəm verdiyini deyib. Mütəxəssis əlavə edib ki, həmin nəslin nümayəndələri texnologiyaya sonradan uyğunlaşsalar da, kompüterdən istifadə edə bilirlər.

Y nəslinin, yəni təxminən 1985-2000-ci illərdə doğulanların əvvəlki nəsildən fərqli olaraq yalnız “ev-iş-ev” həyat modelini qəbul etmədiyini deyən psixoloq onların zövq aldıqları işə üstünlük verdiklərini vurğulayıb. O qeyd edib ki, bu nəsil özünü dərk etməyə daha çox meyillidir və ailə qurma yaşının gecikməsi də onların xarakterik xüsusiyyətlərindən biri kimi qiymətləndirilir.

Z.Nəcməddin qızı Z nəslinin rəqəmsal dünyada böyüdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu nəslin nümayəndələri texnologiya ilə daha sıx əlaqədədir, məhsul seçərkən keyfiyyətə diqqət yetirir və fərdiliyə üstünlük verirlər. Psixoloq Z nəslinin süni intellektin sürətlə inkişaf etdiyi dövrdə formalaşdığını da qeyd edib.

2016-cı ildən sonra doğulan uşaqları əhatə edən Alfa nəslinin isə hələ formalaşma mərhələsində olduğunu deyən psixoloq onların rəqəmsal cihazlarla erkən yaşlardan tanış olduğunu bildirib. O əlavə edib ki, nəsillərin təsnifatına daha yeni qrupların, o cümlədən Beta nəslinin də əlavə edilməsi ilə bağlı yanaşmalar mövcuddur.

Lakin nəsilləri yalnız doğum illərinə əsasən qruplaşdırmaq onların psixoloji xüsusiyyətlərini tam izah etmir.

Psixoterapevt, klinik psixoloq İlkin Kazımlı hesab edir ki, nəsillər nəzəriyyəsi mövcud olsa da, insanlar arasında fərqləri şişirtmək və onları müəyyən qəliblərə salmaq düzgün deyil.

“Nəsillər nəzəriyyəsinin əsas ideyası ondan ibarətdir ki, eyni tarixi dövrdə doğulan insanlar oxşar sosial, iqtisadi, siyasi və texnoloji hadisələrin təsiri altında böyüdükləri üçün onların düşüncə tərzində, dəyərlərində, davranış modellərində və həyata baxışlarında müəyyən ortaq xüsusiyyətlər formalaşa bilir”, - deyə İ.Kazımlı bildirib. Onun sözlərinə görə, insan şəxsiyyətini yalnız doğum tarixi müəyyən etmir. Genetik meyillər, temperament, ailə münasibətləri, valideynlik modeli, uşaqlıq təcrübələri, sosial-iqtisadi vəziyyət, təhsil, mədəniyyət və həyat təcrübəsi də şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Psixoloq vurğulayıb ki, buna görə eyni nəsildən olan iki insan arasında fərqlər bəzən müxtəlif nəsillərə mənsub iki insan arasındakı fərqlərdən daha böyük ola bilər.

Bununla belə, İ.Kazımlı nəsillər nəzəriyyəsinin tamamilə rədd edilməsinin də doğru olmadığını düşünür. O qeyd edib ki, hər bir dövr insanın psixoloji inkişafına öz izini qoyur.

“İnternetdən əvvəl böyüyən insanlarla süni intellekt və sosial media dövründə böyüyən uşaqların informasiyanı qəbuletmə, diqqəti idarəetmə, ünsiyyətqurma və qərarvermə proseslərinin eyni olmasını gözləmək real deyil. Texnologiya yalnız həyat tərzini deyil, düşünmə üsulunu, emosiyaların ifadəsini və sosial münasibətlərin qurulma formasını da dəyişdirir”, - deyə psixoloq bildirib.

Onun fikrincə, bu baxımdan nəsillər nəzəriyyəsinə insanlara etiket yapışdıran yanaşma kimi deyil, cəmiyyətin psixoloji transformasiyasını izah edən konseptual model kimi yanaşmaq daha doğrudur. Bu yanaşma təhsil, insan resursları, ailə konsultasiyası və digər sahələrdə insan davranışlarını anlamağa kömək edə bilər. Lakin fərdlə işləyərkən yalnız onun hansı nəslə aid olmasına əsaslanmaq düzgün deyil.

İ.Kazımlı xüsusilə Z və Alfa nəsillərinin texnologiya ilə münasibətinə diqqət çəkib. Onun sözlərinə görə, Z nəsli ilk tam rəqəmsal nəsil hesab olunur və internet onların böyümə mühitinin ayrılmaz hissəsinə çevrilib. Bu, informasiyanın emalına, diqqət mexanizmlərinə və sosial münasibətlərə təsir göstərə bilər.

Psixoloq Alfa nəslinin isə artıq süni intellekt, alqoritmlər və avtomatlaşdırılmış texnologiyalar dövründə böyüdüyünü deyib. Onun fikrincə, bu uşaqların informasiyanı daha çox vizual və interaktiv formada mənimsəməsi təbii prosesdir. Bununla yanaşı, texnologiyadan həddindən artıq asılılığın diqqətin davamlılığı, səbir və canlı sosial ünsiyyət bacarıqları baxımından müəyyən çətinliklər yarada biləcəyini bildirib.

İ.Kazımlı hesab edir ki, əsas məqsəd uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, onlara rəqəmsal mühitdən sağlam və balanslı istifadə etməyi öyrətməkdir. Onun fikrincə, gələcəkdə mühüm bacarıqlardan biri yalnız texnologiyadan istifadə etmək deyil, onunla sağlam psixoloji münasibət qurmaq olacaq.

Psixoloq Z.Nəcməddin qızı isə hesab edir ki, nəsillər arasındakı fərqlər qarşıdurma və mübahisə üçün deyil, qarşılıqlı anlaşma üçün əsas olmalıdır.

“Nəsillərin nümayəndələri bir-biri ilə mübahisə və mübarizə aparmaq əvəzinə qarşılıqlı müzakirə və dialoq aparmalıdırlar”, - deyə Z.Nəcməddin qızı vurğulayıb.

Məsələnin yalnız nəzəri müzakirə ilə məhdudlaşmadığını beynəlxalq təcrübə də göstərir. UNESCO-nun 2025-ci ildə apardığı araşdırmada müxtəlif yaş qruplarının birgə öyrənməsinin nəsillərarası əlaqələri gücləndirdiyi, yaş ayrı-seçkiliyinin qarşısının alınmasına və ömürboyu öyrənmə mədəniyyətinin formalaşmasına töhfə verdiyi qeyd olunur. Təşkilatın nümunələrində yaşlı və gənc insanların qarşılıqlı bilik mübadiləsi, o cümlədən gənclərin rəqəmsal bacarıqlarını yaşlı nəslə ötürməsi xüsusi əhəmiyyət daşıyır.

Psixoloq xüsusilə təhsil sahəsində dəyişikliklərə ehtiyac olduğunu bildirib. Z.Nəcməddin qızının fikrincə, yeni nəslin təhsil prosesində yalnız ənənəvi yanaşmalarla məhdudlaşdırılması düzgün deyil.

“Artıq yalnız diplom üçün deyil, həqiqətən, bu dünyada faydalı olacaq bir peşəyə, sənətə sahib olmaq vaxtıdır. İnsan bacarığı, elmi, dünyagörüşü, sərbəstliyi, fərqindəliyi və fərqliliyi ilə daha da kamilləşə bilər”, - deyə psixoloq əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ofeliya Novruzqızı: Culiya Roberts və Ancelina Colini səsləndirməkdən zövq alıram

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlanıb

“Güclü ümid - Sağlam gələcək” - Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Bankların sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi və kapital adekvatlığı qaydaları dəyişib

Şamaxıda vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib

Hazırkı dövr əmlak bazarında alıcılar üçün kifayət qədər əlverişlidir - AÇIQLAMA

Professor: ŞƏT-in potensialı Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən ibarətdir

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək

Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb

Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

® Peşəkar, təcrübəli və məsuliyyətli həkim

“Neftçi”nin sabiq futbolçusu Kipr klubuna keçib

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır  ŞƏRH  VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır ŞƏRH VİDEO

X, Y, Z və Alfa - nəsilləri nə fərqləndirir?

Valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində 124 özəl bağça müsabiqənin qalibi olub

Səfir: Azərbaycanla ticarət həcminin artırılması Pakistanın əsas prioritetlərindəndir

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur? VİDEO

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur? VİDEO

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir – ŞƏRH

® Mərkəzi Gömrük Hospitalı Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir

Məktəb direktoru: Uşaqları keçmişin peşələrinə deyil, gələcəyin imkanlarına hazırlamalıyıq

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var VİDEO

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var VİDEO

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO

Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir

Türk nümayəndə: Humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

Qusarın Laza kəndində yenidən palçıq və lil axını müşahidə olunub

Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya - Panel sessiya

Filmlərin Azərbaycan dilinə dublyajının kamera arxası – REPORTAJ VİDEO

Filmlərin Azərbaycan dilinə dublyajının kamera arxası – REPORTAJ VİDEO

Komitə sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalada

Nyu-York məktəblərində şagirdlərin süni intellektdən istifadə etmələrinə qadağa qoyulur

Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb

“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək - Açıqlama

Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

Azərbaycanda çalışan ingiltərəli mütəxəssis: Mükəmməl futbol meydançası təsadüfən yaranmır - MÜSAHİBƏ

Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin sadəcə müşahidəçisi olmadığını bir daha göstərdi - ŞƏRH

Formula 1 Azərbaycan Qran-prisi keçirilən günlərdə bəzi məktəblərdə tədris onlayn təşkil ediləcək

Stanislav Damyanoviç: İnnovasiya humanitar minatəmizləməni daha təhlükəsiz və səmərəli edir

AMB əməkdaşlarının tədqiqat işi Cenevrə Ali İnstitutunun işçi məqalələr silsiləsində dərc edilib

Qazaxıstanda ilk AES inşa ediləcək

Moldova mediası Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb

Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb

Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

Edin Ceko Bosniya və Herseqovina millisi ilə vidalaşır

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır - ŞƏRH

AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat

Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib

İsrail universitetinin vitse-prezidenti AzTU-da olub

Mina ilə çirklənmiş şəhərlərin bərpasında siyasətin inteqrasiyası - Panel sessiya

Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici halqa rolunu oynayır

Nazir müavini: Humanitar minatəmizləmə iqtisadi inkişaf üçün zəruri şərait yaradır

Çin humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək

İşğaldan azad edilmiş 12 yaşayış məntəqəsində daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarizasiyası başa çatdırılıb

BMT emissiyaları təcili azaltmağa çağırıb

Venesuela ABŞ və İtaliya şirkətləri ilə neft hasilatını artırmaq üçün yeni müqavilələr imzalayıb

Norveç millisinin sabiq futbolçusu: “Sabah” bu il çox sürətlə ön plana çıxdı

Məhkumlar üçün narkomaniya əleyhinə maarifləndirmə görüşü təşkil edilib

ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir

ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib

Sabah hava əsasən yağmursuz keçəcək

“AzərEnerji” Çin şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Süni intellektin təhsildə tətbiqi yeni yanaşmalar tələb edir

Yaxın 2 gündə hava necə olacaq? - PROQNOZ

Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir VİDEO

Çarlz Lenjo Mvaziqe: Partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı açıqlanıb

Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyədə insan kapitalının gücləndirilməsinə xidmət edir - ŞƏRH

“Plug & Play”in regional direktoru: Azərbaycanda “deep tech” və yeni nəsil startapların formalaşmasına dəstək vermək istəyirik – AÇIQLAMA

Mariyana Kuyundziç: Aİ mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır VİDEO

Mariyana Kuyundziç: Aİ mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır VİDEO

Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir

Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO

Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO

UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır VİDEO

UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır VİDEO

Bu saata olan əsas xəbərlər

® “AzInTelecom” bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub

Ötən gün 68 cinayətin açılması təmin olunub

Ötən ay Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Ağdamda rəqəmsal mühitdə narkotik risklərinə qarşı maarifləndirmə aksiyası təşkil olunub

Mariyana Kuyundziç: Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır

Türkiyənin vitse-prezidenti gəmi qəzası ilə bağlı Şimali Kiprə səfər edəcək