XAÇMAZ YARDIMÇI STANSİYASINDA TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİ BAŞA ÇATIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 330 kilovoltluq Xaçmaz yardımçı stansiyasında tikinti-quraşdırma işləri başa çatır.
İdarəetmə, siqnalizasiya və nəzarət kabelləri çəkilmiş, 330 və 110 kilovoltluq yardımçı stansiyaların işıqlandırma sistemi quraşdırılmış, stansiyadaxili yolların çəkilməsi tamamlanmışdır. Hazırda abadlıq işləri aparılır. Yaxın günlərdə sınaq-sazlama işləri həyata keçiriləcəkdir.
330 kilovoltluq yardımçı stansiya “Dərbənd-Yaşma” elektrik ötürmə xəttindən qidalanacaq, obyektin işə salınması (stansiyadan dörd istiqamətdə 110 kilovoltluq xətlər ayrılır) bölgənin enerji təhlükəsizliyini xeyli artıracaqdır.