Xaçmazda istehsal gücü 100 min yumurta olan yeni müəssisə tikilir
Xaçmaz, 12 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəssisəsi rayonun Niyazoba kəndində inşa edilir.
3,5 hektar ərazidə tikilən müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.
İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik 100 min ədəd yumurta istehsal etmək mümkün olacaq.
Niyazoba kəndində yeni müəssisənin inşası əhalinin quşçuluq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin yaradılması baxımından region üçün mühüm əhəmiyyətə malikdir.