Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb
Xaçmaz, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.