Xaçmazda yeniyetmə qız dənizdə boğulub
Xaçmaz, 22 iyul, AZƏRTAC
İyulun 21-i Xaçmazın Nabran çimərlikləri ərazisində yeniyetmə qız dənizdə boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dənizdə batan 17 yaşlı Xaçmaz şəhər sakini Xalidova Arzu Zaur qızıdır.
Hadisə şahidlərinin bildirdiyinə görə, faciə baş verən zaman atası və qardaşı da onun yanında olsa da, A.Xalidovanı xilas edə bilməyiblər.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Hazırda axtarışlar davam etdirilir.
Müxbir – Elxan Yusifli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]