Xalq Artisti Fuad Poladovun 63 yaşı tamam olmuşdur
Bakı, 24 may (AZƏRTAC). Mayın 24-də Azərbaycanın məşhur teatr və kino aktyoru, Xalq Artisti Fuad Poladovun 63 yaşı tamam olmuşdur.
Fuad Poladov 1948-ci ildə Bakıda anadan olmuşdur. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlmişdir.
Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. F.Poladov sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynamışdır.
O, səhnə fəaliyyətinin 20 ilini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirmişdir. Hazırda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyətini davam etdirir.
Aktyor həm də bir çox kinofilmlərdə bədii obrazlar yaratmışdır. O, “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir” və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
Hazırda F.Poladov “Salnamə” studiyasında “Mən evə qayıdıram” adlı tammetrajlı bədii filmə çəkilir. Filmdə, o, hərbi prokurorluğun müstəntiqi Səlimov obrazını yaradır. Filmin çəkilişləri iyun ayında başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]