XALQ ARTİSTİ RÜBABƏ MURADOVANIN XATİRƏSİ YAD EDİLƏCƏKDİR
Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı, xalq artisti Rübabə Muradovanın anadan olmasının 70, vəfatının 20 illiyi münasibətilə martın 30-da Azərbaycan Dövlət Muğam Teatrında xatirə gecəsi keçiriləcəkdir.
Teatrın direktoru Arif Qazıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, gecədə SSRİ xalq artisti Lütfiyar İmanov, respublikanın xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səkinə İsmayılova, xalq şairləri Söhrab Tahir, Balaş Azəroğlu, Milli Məclisin deputatı, professor Rəfael Hüseynov və başqaları çıxış edərək, güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik olmuş Rübabə Muradovanın yaradıcılığından danışacaq, onunla bağlı xatirələrini söyləyəcəklər.
Eyni zamanda, Rübabə xanımın qızı Qəmərmülk və bacısı Tahirə Muradova mərhum müğənninin ifasında dinləyiciləri məftun etmiş retro mahnıları oxuyacaqlar, Şahnaz Muradova isə anasının həyatından və sənət yolundan söhbət açacaqdır.
Xatirə gecəsində teatrın solistləri Almaz Orucova, Gülüstan Əliyeva və Könül Kərimovanın da ifasında unudulmaz sənətkarın repertuarından mahnılar səslənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]