Xalq Cümhuriyyətinin qurucularının Tbilisidəki məzarları ziyarət olunub
Tbilisi, 28 may, AZƏRTAC
Gürcüstanda Azərbaycanın Respublika Günü silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, əməkdaşları, AZEBİ-nin idarə heyətinin üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri, eləcə də İsraildən gəlmiş AZİZ-in prezidenti Lev Spivak, İsraildəki "Azərbaycan Evi"nin sədri Yeganə Salman və digər ictimaiyyət nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin Tbilisidəki Botanika bağında yerləşən panteondakı məzarlarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.
Azərbaycan dramaturgiyasının banisi, yazıçı, dahi şəxsiyyət M.F.Axundzadənin də məzarı ziyarət olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi