XANBULAN KƏNDİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəranın Xanbulan kəndində şəhər icra hakimiyyətinin rəhbərləri ilə görüş keçirilmişdir.
Kənd sakinləri rayonda aparılan tikinti-quruculuq işlərindən razılıqlarını bildirməklə yanaşı, mövcud problemlərdən də danışmış, yeni məktəb binalarının tikintisinə, Xanbulanı rayon mərkəzi ilə birləşdirən yolun asfaltlaşdırılmasına, qaz xəttinin bərpasına, elektrik dirəklərinin dəyişdirilməsinə və digər məsələlərin həllinə ehtiyacın olduğunu diqqətə çatdırmışlar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçıı S.Mikayılov regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramı qəbul edilərkən bütün məsələlərin nəzərə alınacağını, görüşdə qaldırılan digər çatışmazlıqların isə yaxın vaxtlarda həll olunacağını vəd etmişdir.