SİYASƏT
XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZ ÜÇÜN KİTABTOPLAMA KAMPANİYASI BAŞLAMIŞDIR
Tədbirdə ”Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reablitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, ”Ekson-Mobil” şirkətinin hökumətlə münasibətlər üzrə əlaqələndiricisi İlqar Ağasiyev, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin Rusiya bölməsinin müdiri Mikayıl Hüseynov, Kitab Araşdırmaları Mərkəzinin mütəxəssisi Pərviz Kazımlı çıxış edərək bildirmişlər ki, xaricdə yaşayan azərbaycanlıların məktəblərinə, mədəniyyət mərkəzlərinə, kitabxanalarına və digər təşkilatlarına milli-mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsinə yardım məqsədilə kitab-toplama kampaniyası başlamışdır. Qısa müddətdə Reabilitasiya və Kitab Araşdırmaları mərkəzlərinin, “Ekson-Mobil” şirkətinin, ayrı-ayrı qurumların, şəxslərin hədiyyələri hesabına 750 nüsxə kitab toplanmışdır. Qeyd edilmişdir ki, xaricdə yaşayan həmvətənlərimizə diqqət və qayğını artırmaq, onların sosial inkişafına, vətənlə əlaqələrinin daha da güclənməsinə yönəldilən tədbirlər həyata keçiriləcək, Dövlət komitəsinin köməyi ilə bu əlaqələr genişlənəcəkdir.
Konfransda “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reablitasiya Mərkəzi dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, vətəndaşları xarici ölkələrdə Azərbaycan diasporunun inkişaf etdirilməsi naminə kitabtoplama kampaniyasına qoşulmağa çağırmışdır.