XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyunun 6-da xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan İsveçin Uppsala Universitetinin bir qrup əməkdaşı ilə görüşmüşdür.
Bu səfərin tanışlıq xarakteri daşıdığını qeyd edən qonaqlar, İsveç ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənəcəyinə ümid etdiklərini vurğulamışlar.
Sonra qonaqların xahişi ilə ölkəmizin xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev respublikamızda demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu sahədə fəaliyyəti və qaçqınların ağır vəziyyəti barədə ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]