Xərçəngə qarşı peyvənd 2030-cu ilə qədər hazır olacaq
Bakı, 30 aprel, AZƏRTAC
Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok deyib.
“İndi ən azı 10 şirkətin və müxtəlif yanaşma və strategiyalara malik akademik departamentlərin iştirak etdiyi bir yarış var. Bu yanaşmaların hər birinin üstünlükləri nəzərdən keçirilir”, - deyə alim bildirib.
Onun fikrincə, bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq.
Xərçəngdən ölüm hallarının 70-90 faizinin metastazlara görə baş verdiyini deyən alim qeyd edib ki, peyvənd immun sisteminin davamlı reaksiyası nəticəsində metastazların yaranmasının qarşısını almağa kömək edəcək.
“Siçanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, metastazların qarşısını tamamilə ala bilərik. Klinik sınaqların birinci mərhələsinin yaxın aylarda başlaması gözlənilir”, - deyə tədqiqatçı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]