Xətai rayonunda çoxmərtəbəli binada güclü yanğın baş verib VİDEO
Bakı, 1 yanvar, AZƏRTAC
Yeni ilin ilk saatında Bakının Xətai rayonunda - İlqar Zülfüqarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.