Xəzər dənizində batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib
Bakı, 22 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşların batma təhlükəsi ilə üzləşməsi barədə məlumatlar daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [23:25]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]