Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb
Bakı, 16 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində noyabrın 16-sı saat 11:30 məlumatına əsasən hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17, Ləzədə 12, Qusarda 10, Şabranda 3, Qəbələ, Şəkidə 2, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü: Ləzədə (Qusar) 8, Qrız-Qudyalçayda 6, Vəlvələçay-Təngəaltıda (Quba) 4, Sarıbaş (Qax), Qusarda 2, Altıağac, Xaltan, Şahdağda 1 santimetr təşkil edib.
Şimal-qərb küləyi əsib, arabir Qobustan, Salyanda 28, Altıağacda 26, Xaçmazda 25, Hacıqabulda 24, Beyləqanda 22, Nabran, Neftçalada 20, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18, Bakıda və Abşeron yarımadasında: Ələt, Maştağada 35, Bakıda 33, Pirallahıda 30, Qum adasında 28, Çilov adasında 26, Neft Daşlarında 25, Sumqayıtda 22 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5-7°, Aran rayonlarında 5-10° isti, dağlıq rayonlarda 10-15° şaxta, Naxçıvan Muxtar Respublikasında 3° şaxtadan 3°-dək isti olub.