ELM VƏ TƏHSİL
Xəzər Universitetində qabiliyyət müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Xəzər Universitetində keçirilən qabiliyyət müsabiqəsinin qaliblərinə pul mükafatları və sertifikatlar təqdim olunmuşdur.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qaliblər Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və tanınmış incəsənət ustalarından ibarət münsiflər heyəti tərəfindən müəyyən olunmuşdur.
Qeyd edək ki, bu tədbirlə əlaqədar artıq 2 seçim mərhələsi keçirilmiş və finala 15 iştirakçı vəsiqə qazanmışdır. Proqrama vokal ifalar, musiqi alətlərində ifa, aktyorluq qabiliyyətləri, rəqs və s. daxil edilmişdir.