Xəzərin dayazlaşması Atırau şəhərində toz fırtınalarına səbəb olur
Astana, 27 mart, AZƏRTAC
Mütəxəssislər Atırauda qeydə alınan toz fırtınalarını və palçıqlı yağışları Xəzər dənizinin dayazlaşması ilə əlaqələndirirlər.
AZƏRTAC “Kazinform”a istinadən xəbər verir ki, Ekologiya Departamentinin rəis müavini Erlan Yesenovun sözlərinə görə, dəniz səviyyəsinin aşağı düşməsinə görə duz və narın qumun yığıldığı və əvvəllər su altında qalan ərazilər üzə çıxıb.
Sahil zonasında olan və toz fırtınalarına səbəb olan dörd ərazi müəyyən edilib, bu ərazilərdə bitki örtüyü, o cümlədən qamışlıq yoxdur.
Atırau vilayətinin akim müavini Jasulan Bisembiyev qeyd edib ki, havaya toz və duzun qalxmasını azaltmaq üçün nəmləndirmə texnologiyalarından istifadə imkanları nəzərdən keçirilir. Quru ərazilərin yaxınlığında kanallar keçir ki, bu da əkin zamanı suvarmanı təmin etməyə imkan verəcək.
Torpaq nümunələri seçilib, laborator tədqiqatlarına başlanılıb. Onların nəticələrinə əsasən tədbirlər planı işlənib hazırlanacaq. Akimat, Ekologiya Departamenti, Fövqəladə Hallar Departamentinin nümayəndələrinin və ətraf mühit mütəxəssislərinin daxil olduğu işçi qrupu yaradılıb. Xəzər dənizinin dayazlaşmış ərazilərinin hava monitorinqi aparılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]