XƏZƏRYANI ÖLKƏLƏRİN ALİMLƏRİ OVLUQ BALIQ EHTİYATLARININ VƏZİYYƏTİNİ ÖYRƏNƏCƏKLƏR
Həştərxanda Xəzər ekoloji proqramı /XEP/çərçivəsində fəaliyyət göstərən “Balıq ehtiyatlarının və kommersiya baxımından əhəmiyətli olan digər bioloji ehtiyatların idarə edilməsi” tematik mərkəzinin təşəbbüsü ilə Ümumxəzər elmi ekspedisiyasi başlanmışdır.
Xep-in regional əlaqələndiricisi Bəxtiyar Muradov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, alimlər 45 gün ərzində xüsusi gəmidə ənənəvi tədqiqat metodlarından, habelə Norveçin Bakıdakı səfirliyinin XEP-ə bağışladığı müasir avadanlıqdan istifadə edərək ovluq balıq ehtiyatlarının, ilk növbədə nərəkimilərin ehtiyatlarının vəziyyətini, balıqların bütün dəniz boyu yayılmasını müəyyənləşdirəcəklər. Ekspedisiyada Azərbaycan tərəfini “Azərbalıq” dövlət konserni yanında Balıqçılıq təsərrüfatı elmi tədqiqat institutunun aparıcı elmi əməkdaşı, biologiya elmləri doktoru Dadaş Rəhimov təmsil edir.
Ekspedisiyanın sonunda hərtərəfli təhlil aparılaraq, müvafiq hesabat hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]
Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ
- 23.10.2026 [18:14]