Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 19 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEVIN bəyanatı

- Hörmətli cənab Prezidentlər!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Bütün qonaqlarımızı Azərbaycanda bir daha salamlamaq, dəvətimizi qəbul edərək ölkəmizə gəldiklərinə görə həmkarlarıma təşəkkür etmək istəyirəm.

Əminəm ki, bu gün Xəzər hövzəsinin təbii ehtiyatlarından birgə istifadə edilməsi, Xəzərin ətraf mühitinin qorunması və bütövlükdə ölkələrimiz arasında qarşılıqlı faydalı dostluq münasibətlərinin inkişafı işində yeni mərhələ başlayır. Bu gün biz həm çoxtərəfli münasibətlərimizin, həm də Xəzərdə əməkdaşlığın gələcək inkişafına daha böyük təkan verəcəyinə əmin olduğum çox mühüm məsələlərin həllinə başlayırıq. Bizim ölkələri ümumi tarix, coğrafiya, iqtisadi maraqlar birləşdirir. Bu gün biz bunu çox konstruktiv və açıq diskussiyalar zamanı qeyd etmişik. Ölkələrimiz enerji ehtiyatları istehsalçılarıdır. Bizim ölkələrin ərazisindən çox mühüm nəqliyyat, kommunikasiya yolları keçir. Təbii ki, həm enerji siyasəti, həm nəqliyyat siyasəti, həm də bütövlükdə bizim regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri çox cəhətdən ölkələrimizin sıx qarşılıqlı fəaliyyətindən asılıdır.

Sammitimizin çox konstruktiv keçməsi məni sevindirir. Biz çox mühüm qərarlar qəbul edilməsinə nail olduq. Məsələn, təhlükəsizliyə dair indicə imzalanmış saziş bizim prioritetləri, Xəzərdə təhlükəsizliyi öz qüvvələrimizlə təmin etmək üçün əməkdaşlığımızın çərçivələrini çox dəqiq müəyyən edir. Xəzərdə təhlükəsizlik bizim ölkələrin təhlükəsizliyidir. Bir daha demək istəyirəm, ölkələrimizi çox sıx, yaxın münasibətlər birləşdirir. Bizim aramızda, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda həll edilə bilməyəcək heç bir problem yoxdur. Əksinə, bu əməkdaşlığı dərinləşdirmək və onu bütün sahələrdə genişləndirmək istəyi vardır. Bugünkü müzakirə və sammitin keçdiyi şərait ölkələrimiz arasında məhz bu cür dostcasına, mehriban qonşuluq münasibətlərinə parlaq sübutdur.

Təhlükəsizliyə dair saziş, habelə birgə bəyanat Xəzər hövzəsində əməkdaşlığın inkişafında növbəti mühüm mərhələdir. Bu, Xəzərə dair hazırda işlənib hazırlanma mərhələsində olan məsələlərin gələcəkdə razılaşdırılması işində çox mühüm addımdır. Xəzər dənizinin hüquqi statusuna dair bizim mümkün qədər tezliklə imzalamağa çalışdığımız saziş və diskussiyalar zamanı yaranmış konstruktivizm şəraiti, tərəflərin mövqelərinin başa düşülməsi və irəliləmək istəyi hələlik razılaşdırılmamış qalan məsələləri çox tezliklə razılaşdırmaq üçün əlbəttə, tamamilə nadir imkan yaradır.

Biz bildirdik ki, diskussiya apardığımız əsas məsələlərdən birinə, məhz Xəzər dənizinin hüquqi statusu məsələsinə dair mümkün qədər qısa müddətdə razılığa gəlmək bizim ümumi istəyimizdir. Bu məqsədlə konkret qərarlar qəbul edilmiş, işi intensivləşdirmək və növbəti sammitə mümkün qədər yaxşı nəticələrlə toplaşmaq üçün bizim qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Təhlükəsizliyə dair saziş, birgə bəyanat - müxtəlif nazirliklərin ekspertləri, nümayəndələri tərəfindən müəyyən müddət ərzində hazırlanmış, başqa sözlə desək, sammit ərəfəsində imzalanmağa hazır olan sənədlər idi.

Onu da qeyd etmək istərdim ki, diskussiya və konstruktiv fikir mübadiləsi prosesində əvvəlcədən hazırlanmamış məsələlərə dair qərar qəbul etmək zərurəti də yarandı. Bu, bir daha məhz konstruktivizmə, bizim qarşılıqlı əlaqələri möhkəmlətmək və müəyyən müddət gündəlikdə qalmış, bir iclasdan digərinə keçmiş və indiyə qədər həll edilməmiş qalan məsələləri həll etmək əzmində olmağımıza dəlalət edir. Buna görə də hesab edirəm ki, bu, həm Xəzər problemlərinə münasibətimizin, həm də bizim regionda təhlükəsizliyin, ekoloji təhlükəsizliyin, enerji, nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məsələlərinə çox mühüm töhfə vermək istəyimizin olduqca vacib göstəricisidir.

Mətbuat nümayəndələrinə məlumat vermək istərdim ki, biz Xəzər dənizində nərə balıqlarının müxtəlif növlərinin ovlanmasına 5 il müddətinə moratorium tətbiq edilməsi mexanizmini üç ay ərzində müzakirə edib təkliflər hazırlamaq barədə müvafiq idarələrə tapşırıq verilməsini qərara almışıq. Hesab edirəm ki, bu, ekoloji vəziyyəti xeyli yaxşılaşdırmağa və ümumi sərvətimiz olan nərə balıqlarının nadir növünü xilas etməyə imkan verəcək çox mühüm, fundamental qərardır.

Bundan əlavə, razılaşdırılmış qısa müddətdə hər bir ölkənin milli zonasının eni məsələsini müzakirə etmək və razılaşdırmaq barədə müvafiq idarələrə tapşırıq vermək qərara alınmışdır. Hesab edirəm ki, bu da münasibətlərin möhkəmlənməsi və Xəzər hövzəsinin delimitasiyası ilə əlaqədar bütün məsələlərin tənzimlənməsi işində çox mühüm addımdır. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, bu məsələlərə dair qərarlar qəbul edilməsi əvvəlcədən nəzərdə tutulmamışdı. Onlar məhz konstruktivizm ruhunun, xoş məramın, qarşılıqlı anlaşmanın və əməkdaşlığımızı möhkəmlətmək əzmimizin nəticəsində qəbul edilmişdir.

Buna görə də mən Bakı sammitinin yekunlarını çox yüksək qiymətləndirirəm. Mən prezident həmkarlarımın konstruktiv işinə, bugünkü görüşdə fəal iştirak etdiklərinə görə onlara təşəkkür etmək və ümid etdiyimi bildirmək istəyirəm ki, bizim müəyyən etdiyimiz və nəzərdə tutduğumuz bütün məsələlər müəyyən edilmiş müddətlərdə gerçəkləşəcək və növbəti sammitə də çox mühüm, münasibətlərimizin gələcək inkişafına kömək edəcək qərarlarla toplaşmağımıza imkan verəcəkdir.

Diqqətinizə görə sağ olun.

İran Prezidenti Mahmud ƏHMƏDİNEJADIN bəyanatı

- Mərhəmətli və rəhmli Allahın adı ilə!

Hörmətli qardaşım cənab Prezident İlham Əliyevə qəbula və qonaqpərvərliyə, görüşümüzün yaxşı təşkilinə görə təşəkkür edirəm.

Demək istəyirəm ki, Xəzər regionunun üç spesifik xüsusiyyəti vardır. Birincisi, bu, mədəniyyət regionudur. Burada mədəni dəyərlər çoxdur. Bildiyiniz kimi, bizim regionda yetişmiş çoxsaylı mütəfəkkirlər, alimlər, şairlər, ədəbiyyatçılar yüksək mənəvi idealları təbliğ etmiş və yaymışlar. Bu regionun ikinci spesifik xüsusiyyəti onun sərvətidir. Burada bizim çox böyük təbii sərvətlərimiz vardır. Üçüncü məqam - mahiyyət etibarilə Qərb ilə Şərq arasında yerləşən Xəzər regionunun coğrafi və tarixi ümumiliyi, onun coğrafi mövqeyidir.

Xoşbəxtlikdən, beş Xəzəryanı dövlətin hamısı qarşılıqlı fəaliyyətin, inteqrasiyanın zəruri olmasını çox yaxşı başa düşür və biz möhkəm təmələ əsaslanan birgə əməkdaşlığın əsasını qoymuşuq. Biz Bakıda böyük əməkdaşlığın, böyük dostluğun, inteqrasiyanın əsasını qoyduq. Yüksək konstruktivlik və qarşılıqlı anlaşma ruhunda yaxşı qərarlar qəbul edildi və Xəzər dənizinin hüquqi statusunun hazırlanması işinin tezliklə başa çatdırılması yolu hamarlandı. Mən də bu işi tezliklə başa çatdırmaq çağırışına qoşuluram ki, beş ölkənin hamısı öz münasibətlərini, əməkdaşlığı planlaşdırmaqda davam edə bilsin.

Danışıqları çox yaxşı apardıq, hamı bu danışıqlara konstruktiv mövqedən yanaşır, qarşılıqlı anlaşma şəraitində diskussiyalarda iştirak edirdi və yaxşı nəticələr əldə olunmuşdur. Mən bütün məsələlərin razılaşdırılması işində sanballı addımlar atmış həmkarlarımın hamısını, möhtərəm prezidentləri təbrik edirəm. Buna görə mən təşəkkürümü bildirirəm və ümid edirəm ki, biz Xəzər dənizinin həqiqətən dostluq və sülh rəmzinə çevrilməsi üçün növbəti görüşü yaxın gələcəkdə yüksək səviyyədə keçirə biləcəyik.

Bu işə və əməkdaşlığa görə sizin hamınıza təşəkkür edirəm.

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEVİN bəyanatı

-Mən çox səmərəli və vacib olan bu zirvə görüşünün

gözəl təşkilinə görə İlham Əliyevə və azərbaycanlı dostlara təşəkkürümü bildirmək istəyirəm.

Burada bütün həmkarlar artıq hər şeyi dedilər. Biz Xəzər məsələləri ilə 2002-ci ildə Aşqabadda keçirilən birinci Zirvə Görüşü zamanı ciddi məşğul olmağa başladıq. İkinci zirvə görüşü 2007-ci ildə Tehranda keçirilmişdir. Ekspertlərimiz səkkiz ildir bu məsələlərlə məşğul olurlar. Bugünkü görüşümüzü hazırlamaq üçün məhsuldar işləyən ekspertlərimizə təşəkkürümü bildirmək istəyirəm.

Həll etməli olduğumuz başlıca məsələ Xəzər dənizinin statusu, Konvensiyanın imzalanmasıdır. Bu, bütün proqramın canıdır. Hesab edirəm ki, bu gün biz məhz bu problemin həllinə çox yaxınlaşmışıq. Bu problem heç cür həll olunmurdu, çünki biz sahildə suveren ərazinin necə olacağı, hansı məsafədə balıq tutmalıyıq və sair məsələlərlə bağlı razılığa gələ bilmirdik. İkinci məsələ Xəzər dənizinin nadir bioresurslarının xilas edilməsi idi.

Siz imzaladığımız sənədləri gördünüz. Onlar çox mühüm sənədlərdir. Bütün istiqamətlərdə - gəmiçilik, brakonyerliklə mübarizə, burada silah satılmaması, cinayət törədilməməsi üçün, korrupsiya ilə mübarizə kimi bütün istiqamətlərdə hər şey qeyd olunmuşdur və bəyanatlarda da yer almışdır. Ancaq mən qeyd etmək istəyirəm ki, hamı Xəzəryanı iqtisadi əməkdaşlığa, yüklərin və enerji ehtiyatlarının Xəzər dənizi vasitəsilə daşınmasına yol açan Konvensiyanın imzalanmasının vacibliyi ilə razı idi. Eyni zamanda, biz hamımız razılaşdıq ki, - bu, İran Prezidenti, həmkarımız Əhmədinejadın təklifi idi, - bir il ərzində Konvensiyanı imzalamaq lazımdır. Növbəti sədrlik Rusiyaya verildiyi üçün mən ümid edirəm ki, bu tarixi hadisə gələn il Rusiya Federasiyasının ərazisində keçiriləcək yüksək səviyyədə görüşdə baş verəcəkdir. Özü də biz hamımız üç ay ərzində işləmək və bütün mövqeləri yaxınlaşdırmaq barədə razılığa gəlmişik. Çünki bəziləri deyirdi 38 dəniz mili, 25 dəniz mili, 10, 20 dəniz mili lazımdır. Biz ekspertlərimizdən 24-25 dəniz mili ətrafında iş aparmağı xahiş etmişik. Zənnimcə, bu, çox böyük ümumi razılıqdır.

Biz bilirik ki, Xəzərdə nərəkimilərin sistemsiz, kvotasız və brakonyerlər tərəfindən ovlanması üzündən bir vaxt elə vəziyyətə düşə bilərik ki, gələcək nəsillərə heç nə qalmaz. Bu gün çox mühüm qərar qəbul edilmişdir ki, nərəkimilərin ovuna 5 illik moratorium elan edilməsi məsələsini razılaşdıraq. Həmin dövr ərzində hər şeyi öyrənmək və baxmaq lazımdır. Bu, mühüm qərardır. Buna görə mən razıyam ki, çox yaxşı zirvə görüşü keçirilmişdir.

Mən Xəzəryanı dövlətlərin özlərinin bu məsələni həll etməsi və mövqelərini yaxınlaşdırması üçün çox böyük əzmkarlıq göstərən həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.

 

Rusiya Prezidenti Dmitri MEDVEDEVİN bəyanatı

- Mən də çıxışıma təşəkkür sözləri ilə başlamaq istərdim. Təşəkkür edirəm ki, Azərbaycan bizi bir neçə ay bundan əvvəl bəlkə də tamamilə hipotetik görünən sammitə toplamış və bu sammit tam konkret nəticələr vermişdir. Buna görə açıq demək istəyirəm, üçüncü Xəzər sammitinin nəticələrindən mən də çox razıyam.

İlham Heydər oğlunun indicə dediyi kimi, biz təkcə əvvəlcədən müəyyən edilmiş gündəlik çərçivəsində qalmadıq, gündəlik isə yaxşı tərtib edilmişdi: biz indicə Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş imzaladıq. Bu Saziş çoxdan hazırlanırdı və şübhəsiz, fəaliyyətimizi əlaqələndirə bilməyimiz, bizim dənizdə sülh və qayda-qanun olması üçün çox mühüm sənəddir.

Lakin biz sammitin ilkin hazırlanmış gündəliyinin çərçivəsindən kənara çıxdıq və ən müxtəlif məsələləri, o cümlədən ən mürəkkəb məsələni - delimitasiya məsələsini məhz konstruktiv məcrada, dostcasına müzakirə edə bildik. Mənə belə gəlir ki, bu məsələdə də irəliləyişə nail olduq. İrəliləyiş nədən ibarətdir? Ondan ibarətdir ki, biz müvafiq idarələrə, su məkanı da daxil olmaqla təqribən 24-25 millik sərhəddən çıxış edərək milli zonanın eni məsələsini ən qısa müddətdə, yəni 3 ay ərzində müzakirə edib razılaşdırmaq və dövlət rəhbərləri tərəfindən bəyənilmək üçün müvafiq təkliflər hazırlamaq barədə tapşırıq verməyi qərara aldıq.

Əgər biz bu gün müəyyən edilmiş müddətdə irəliləyişə nail ola bilsək, bu o demək olacaqdır ki, biz Xəzərin statusu barədə tamdəyərli saziş imzalamağa yaxınlaşırıq. Bu gün isə biz söhbətimizə hamımızın mütləq mənada həmrəy olduğumuz ümumi bəyanatlardan başladıq, bildirdik ki, Xəzərə dair bütün sazişlər - suverenlik, müxtəlif ovlar aparılması, təhlükəsizlik barədə və digər sazişlər - bunlar hamısı bizim ümumi səlahiyyətimizə aiddir və bu məsələlərin müzakirəsində heç bir başqa dövlət iştirak edə bilməz.

Yəni, mən belə hesab edirəm ki, əsas məsələ - Xəzərin statusu məsələsi barədə biz irəliyə doğru yaxşı bir addım atdıq. İndi qalır bu tapşırıqları sona çatdırmaq. Bu halda biz çox qısa müddətdə həqiqətən çox yaxşı nəticəyə nail ola bilərik.

Bu nəticə bizə təkcə su məkanını bölmək, sərhədi delimitasiya etmək, suverenlik sərhədlərini müəyyən etmək xatirinə deyil, həm də sadəcə olaraq normal iqtisadi əməkdaşlıqla məşğul olmaq üçün lazımdır.

Bir müddət bundan əvvəl Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı ideyasını irəli sürmüşdür. Həmkarlarım bu məsələyə həmişə belə yanaşırlar: ümumiyyətlə, təşkilat pis şey deyil, lakin təşkilatı yaratmazdan əvvəl bütün məsələlər barəsində razılığa gəlmək lazımdır.

Əgər biz bunu edə bilsək, bu cür dövlətlərarası və ikitərəfli əməkdaşlığın həmin mərhələsi qat-qat yaxın və aydın olacaqdır. Yeri gəlmişkən, xatırladım ki, biz dəniz mühitinin qorunmasına dair Çərçivə Konvensiyasına protokolları da razılaşdırdıq. Lap yaxın vaxtlarda həmkarlarımız bu sənədlərin hamısını imzalayacaqlar. Beləliklə, mənim fikrimcə, sammit bu baxımdan uğurlu olmuşdur.

Həmkarlarımın irəli sürdüyü təkliflərə əsasən, bu görüşün hər bir iştirakçısının konstruktiv töhfəsini ayrıca qeyd etmək istərdim. Biz son zamanlar işimizdə yaranmış fasilələrin təkrarlanmasına yol vermədən ildə bir dəfə görüşmək barədə razılığa gəldik.

Üç ildə bir dəfə görüşmək yolverilməz dərəcədə azdır, bizim ekspertlər çox tez-tez görüşməlidirlər. Prezident Əhmədinejadın təklifinə əsasən biz razılaşdıq ki, bu cür görüşlər ildə azı beş dəfə keçirilməlidir. Şübhəsiz, bu, faydalıdır.

Bir daha demək istərdim ki, irəliləyiş göz qabağındadır. Şübhəsiz, bu, bizim hamımızı sevindirir. Bir daha bizim Xəzər sammitinin təşkilatçılarına və ayrıca olaraq Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istərdim.

İlham Heydər oğlu, bir daha sağ olun ki, Siz bizim hamımızı bir yerə topladınız! Burada iştirak edənlərin hamısını Rusiya Federasiyasına dəvət etmək istərdim - ümid edirəm ki, bu çox mühüm məsələyə nöqtə qoymaq üçün. Hər şey bizdən asılıdır.

Sağ olun!

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOVUN bəyanatı

- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Xanımlar və cənablar!

İlk növbədə, mən də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə üçüncü Bakı sammitinin bu cür yaxşı hazırlanmasına və keçirilməsinə görə təşəkkür etmək istərdim. Fürsətdən istifadə edib sizin hamınızı müqəddəs Qurban bayramı münasibətilə təbrik etmək, ən xoş arzularımı bildirmək, xalqlara firavanlıq diləmək istərdim.

Bugünkü məsələlərə gəldikdə isə, biz həqiqətən çox məsələləri konstruktiv şəkildə müzakirə etdik. Lakin başlıca məsələdən - əlbəttə, Xəzərin hüquqi statusunu həll etmək və Xəzər dənizinin dibinin və təkinin delimitasiyası, akvatoriyanın bölünməsi və ekologiya problemlərindən çıxış etmək lazımdır.

Biz ticari-iqtisadi məsələlərimizi müzakirə etdik. Əsas məsələlər sırasında ekologiya məsələlərini qeyd etmək lazımdır, çünki həqiqətən Xəzərin özünəməxsus ekoloji sistemi vardır. Təkcə Xəzər dənizinin buxarından əmələ gələn yodu misal göstərmək kifayətdir. Başqa dənizlərdə yod yoxdur. Bu, məsələnin müalicəvi tərəfidir. Xəzər dənizinin özünəməxsus flora və faunası vardır. Bu məsələləri həll etmək, Xəzər dənizinin flora və faunasını qoruyub saxlamaq üçün Türkmənistan beynəlxalq təşkilatların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının strukturlarının təcrübəsindən istifadə etməyi təklif edir.

Bizim ticari-iqtisadi əlaqələrimizə gəldikdə, bu sahədə mövcud meyilləri artıq xatırlatdıq. Bu gün bizim - yəni Türkmənistan, Azərbaycan və Rusiyanın dəmir yolu və bərə nəqliyyatı barədə yaxşı sazişi vardır. Bildiyiniz kimi, İranla və Qazaxıstanla yaxşı transkontinental dəmir yolu çəkirik. O, həm də Xəzər hövzəsinin bir hissəsidir. Yəni, bu da bizim gələcək ticari-iqtisadi münasibətlərimizin meyillərinə dəlalət edir. Bu gün biz dedik ki, əgər həmhüdud ölkələr etiraz etmirlərsə, sualtı boruların uzadılması məsələsini təklif etmək olar ki, onlardan ekoloji tarazlığı pozmadan Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının nəql olunması üçün istifadə edilsin.

Bütövlükdə, artıq deyildiyi kimi, mən də vurğulamaq istəyirəm ki, görüşümüz əsasən çox yaxşı qarşılıqlı anlaşma şəraitində keçdi. Ən başlıcası, mövqeyimiz belə olmuşdur və belə də olacaqdır: Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir.

Diqqətinizə görə təşəkkür edirəm!

X X X

Sonda Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Mən bu gün haqqında danışdığımız nəticələrin əldə edilməsinə çox böyük töhfə verdiklərinə görə hörmətli həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm.

Hamıya cansağlığı, firavanlıq arzulayıram. Burada iştirak edənlərin hamısına, mətbuat nümayəndələrinə fəal işlərinə görə təşəkkür edirəm və hamımıza qarşımızda duran bütün məqsədlərə nail olmaqda qətiyyət arzulamaq istəyirəm.

Bir daha sağ olun. Görüşənə qədər.

X X X

Bununla da Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən üçüncü Zirvə Görüşü başa çatmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər