Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşünün sənədləri imzalanmışdır
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi və prezidentlərin birgə bəyanatını imzaladılar.
######
