Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət
Bakı, 21 fevral (AZƏRTAC). Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda ikinci beynəlxalq konfransın iştirakçıları fevralın 21-də Bakının Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş, şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.