Azərbaycan Dövlət İnformasiya Agentliyi

XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ XARİCİ ÖLKƏLƏRDƏ DƏ QEYD EDİLMİŞDİR

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərinin sakinləri erməni qəsbkarları tərəfindən qəddarcasına qətlə yetirilmişlər. Xocalı faciəsi XX əsrdə misli görünməmiş ən dəhşətli soyqırım hadisəsi kimi Azərbaycan xalqının qan yaddaşına yazılmışdır. Ona görə də hər il bu müthiş faciəni dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız ürək ağrısı ilə qeyd edirlər. Bu barədə AZƏRTAC-a xeyli məlumat daxil olmuşdur.

TÜRKİYƏ

Fevralın 25-də Ankara şəhərində Xocalı faciəsinin 11-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyədəki səfirliyimizin birgə təşkil etdiyi mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev Azərbaycan Prezidenti Heydər Əliyevin Xocalı faciəsinin 11-ci liqönümü ilə bağlı Azərbaycan xalqına Müraciətinin mətnini oxumuşdur. Mərasimdəki çıxışlarda qeyd edilmişdir ki, belə ağır günlərimizin təkrarlanmaması üçün bütün azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq birləşərək düşmənə qarşı birgə mübarizə aparmalıdırlar. Tədbirin sonunda BMT, ATƏT və Avropa Şurasına müraciətlər qəbul olunmuşdur.

X X X

FRANSA

Fransada azərbaycanlı universitet tələbələri Xocalı faciəsi ilə bağlı materialları təhsil aldıqları Unıversitetlərdə, insanların sıx toplaşdıqları yerlərdə paylamışlar. Fransız və ingilis dillərində nəşr olunmuş materiallar, eyni zamanda, 4000-ə yaxın elektron poçtlara göndərilmişdir. Fevralın 26-da Fransadakı Azərbaycan diasporu Avropa Şurası Parlament Assambleyasının qarşısında anma mərasimi keçirmişdir.

X X X

İRAN

Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov İranın tanınmış qəzet və informasiya agentlikləri əməkdaşlarının iştirakı ilə mətbuat konfransı keçirmişdir. Səfir 1988-i ildə Ermənistanın Azərbaycana qarşı başladığı əsassız ərazi iddialarından və Dağlıq Qarabağda erməni seperatizminin boy atmasından, ermənilərin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan torpaqlarımızın 20 faizni işğal etmələrindən danışmışdır.

Erməni vəhşiliyinin ən yüksək zirvəsinin Xocalı soyqırımı olduğunu bildirən səfir bu faciəni əks etdirən videofilmləri və fotoşəkilləri nümayiş etdirmişdir.

X X X

RUSİYA

Moskva və Sankt-Peterburq şəhərlərindəki Azərbaycan icmaları Xocalı faciəsi ilə bağlı bir sıra tədbirlər keçirmişlər. Soyqırımı əks etdirən videokassetlər, fotoşəkillər və digər materiallar tədbirlərin iştirakçılarına paylanmışdır.

Rusiyanın müxtəlif şəhərlərində keçirilən anma mərasimlərində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak etmişlər. Tədbirlərin iştirakçıları Prezident Heydər Əliyevin Azərbaycan torpaqlarının azad olunması üçün apardığı siyasəti tam dəstəklədiklərini və ərazi bütövlüyümüzün bərpası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün dönmədən mübarizə aparacaqlarını bildirmişlər. Xocalı şəhərinin sağ qalmış əhalisinin ATƏT, BMT və Avropa Şurasına müraciəti diplomatik yolla Sankt-Peterburq şəhərində akkreditə olunmuş 37 ölkənin nümayəndəliklərinə çatdırılmışdır.

X X X

QAZAXISTAN

Astana şəhərində azərbaycanlıların “Xəzər” İctimai Birliyi Xocalı faciəsinin 11-ci ildönümü ilə bağlı tədbir keçirmişdir. Tədbirdə çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı məqsədyönlü siyasəti bəyəndiklərini bildirmişlər. Mərasimdə Qazaxıstan prezidenti N.Nazarbayevə, həmçinin BMT-yə, ATƏT-ə və AŞ-a Xocalı soyqırımı barəsində müraciət qəbul edilmişdir.

Fevralın 22-də “Qazaxıstan-1” mərkəzi televiziyasının qazax və rus dillərində xəbərlər proqramında, “Astana” və “Azadlıq” radiolarında keçirilmiş mətbuat konfranslarında Xocalı soyqırımı haqqında ictimaiyyətə geniş məlumatlar verilmişdir.

X X X

ÖZBƏKİSTAN

Fevralın 25-də Xocalı faciəsinin ildönümü Daşkənd şəhərində də qeyd edilmişdir. Tədbiri Azərbaycanın Özbəkistandakı səfirliyi və Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası təşkil etmişdir. Tədbirdə səfirliyin müşaviri S.Əliyev və assosiasiyanın sədri A.Ağatalıbov və başqa natiqlər çıxış edərək Azərbaycan Prezidenti Heydər Əliyevin torpaqlarımızın azad olunması üçün apardığı siyasətin tezliklə öz nəticəsini verəcəyini bildirmişlər.

X X X

QIRĞIZISTAN

Fevralın 26-da Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən “Azəri” Mədəniyyət Mərkəzləri Assosiasiyasının ofisində Xocalı faciəsinin 11-ci lidönümü qeyd edilmişdir. Tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

X X X

İSVEÇ

Xocalı şəhidlərinin xatirəsi İsveçdə də yad edilmişdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, Stokholm şəhərində BMT-nin daimi nümayəndəliyi qarşısında icazəli mitinq keçirilmişdir. Əllərində Azərbaycan, ingilis və İsveç dillərində yazılmış plakatlar tutmuş aksiya iştirakçıları erməni vandalizmini lənətləmişlər. Mitinqdə Xocalı soyqırımı ilə bağlı ictimaiyyətə geniş məlumat verilmişdir, BMT-nin Daimi Nümayəndəliyinin rəsmisi ilə görüş keçirilmiş və faciə haqqında məktub nümayəndəyə təqdim olunmuşdur.

X X X

NİDERLAND

Fevralın 25-də Hollandiyadakı Azərbaycan diasporunun üzvləri Haaqa Dünya Sülh Məhkəməsinin rəsmiləri və Dünya İnsan haqları müdafiəsi təşkilatında görüşlər keçirmişlər. Görüşlərdə Xocalı faciəsi ilə bağlı məlumatlar, fotoşəkillər və digər sənədlər məhkəmə rəsmilərinə və hüquq müdafiəçilərinə təqdim edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır