Xocavənd və Xocalı ərazisinə dolu yağıb
Füzuli, 26 aprel, AZƏRTAC
Qarabağ iqtisadi rayonu ərazisinə güclü dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi daha çox Xocavənd və Xocalı rayonları ərazisində qeydə alınıb.
Qeyd edək ki, dolu təxminən 30 dəqiqəyə yaxın davam edib, sonra isə yağışa çevrilib.
Görüntülər Zəfər yolunun adıçəkilən rayonların ərazisindən keçən hissəsindən çəkilib.