Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xoreoqrafiya sahəsində fasiləsiz təhsilin sütunu

Xoreoqrafiya sahəsində fasiləsiz təhsilin sütunu

Bakı, 18 aprel, AZƏRTAC

Beş ildir ki, Bakı Xoreoqrafiya Akademiyası unikal strukturu və varislik prinsipinə uyğun bir-birini əvəz edən çoxpilləli təhsil sistemi ilə uğurlu fəaliyyət göstərir. Lakin xoreoqrafiya sənəti özlüyündə çox mürəkkəb bir sənət hadisəsi olduğuna görə onun tədrisi də bəsitlikdən xeyli uzaqdır.

Bu fikirlər Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynovanın “Xoreoqrafiya sahəsində fasiləsiz təhsilin sütunu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Xoreoqrafiya sənəti bədii-yaradıcı fəaliyyət növlərindən biri olaraq, özünəməxsus formada - rəqs vasitəsilə insanın daxili aləmini, istəklərini yaradıcı şəkildə əks etdirir. Görkəmli baletmeyster və müəllim Rostislav Zaxarov bu anlayışa belə bir tərif verib: “Xoreoqrafiya rəqs sənətidir. Bu anlayışa xalq rəqsi, məişət rəqsi, klassik balet daxildir. Digər sənət növləri kimi, xoreoqrafiya da ictimai prosesləri, insanlar arasında münasibətləri əks etdirir. Onun özəlliyi insan hisslərini, onun həyəcanını plastik bədii obrazlar formasında çatdırmasındadır”.

Rəqsdə bu sənət növünün özünəməxsus və mürəkkəb texnikası sayəsində insanın daxili dünyası aşkara çıxır, lirik-romantik münasibətləri, qəhrəmanlığı və şücaəti, mövqeyi, milli və tarixi mənsubiyyəti öz əksini tapır.

Təbiətinə görə sintetik olan xoreoqrafiya sənəti müasir dünyada xüsusi əhəmiyyət kəsb edir.

Rəqs sənəti şəxsiyyətin emosionallıq və iradə keyfiyyətlərini inkişaf etdirir, milli və mədəni dəyərlərə riayət etməyə, insanı sağlam həyat tərzinə istiqamətləndirir. Bu da gələcək nəslin mənəvi və intellektual keyfiyyətlərinin, fiziki qabiliyyətinin məqsədyönlü inkişafını təmin edir.

Bununla belə, qeyd etmək lazımdır ki, rəqs üzrə təlimlər heç də rəqs sənəti sahəsində peşə təhsilini ehtiva etmir. Hazırda xoreoqrafiya sahəsində mövcud təlim-tədris tendensiyalarını nəzərdən keçirsək görərik ki, qarşısına əhalinin geniş təbəqələrinə rəqs öyrətmək məqsədi qoyan bir çox dövlət və kommersiya strukturları mövcuddur. Lakin bu təlim qarşısına peşəkar hazırlamaq məqsədi qoymur. Rəqs təlimi və xoreoqrafiya sahəsindəki peşə təhsili məqsəd, vəzifə və formalarına görə əhəmiyyətli dərəcədə fərqlənir.

Peşəkar fəaliyyətdə uğur qazanmağın yolu bir piramidaya bənzəyir. Ümumiyyətlə, hər iki uşaqdan biri musiqi, rəqs, tikmə, rəsm ilə məşğul olur. Lakin həmin uşaqların yalnız yüzündən biri musiqi, xoreoqrafiya və ya sənət məktəbinə daxil olur. Min nəfərdən yalnız biri konservatoriyada, xoreoqrafiya akademiyasında və ya incəsənət universitetində təhsilini davam etdirir. Bu sahədə kəmiyyət və keyfiyyət göstəricilərini arzu edilən səviyyədə saxlamaq üçün, əvvəlcə uşaqlarını rəqsə göndərən valideynlərin qoyduğu hədəfləri müəyyənləşdirməliyik, çünki xoreoqrafiya sənətinin uşaqlar üçün hər hansı bir istiqamətinin seçilməsində valideynlərin istəyi həlledici olur.

Musiqi və bədii yaradıcılıqda olduğu kimi, xoreoqrafiya sənətində də uşaq və yeniyetmələrin erkən peşəkarlığının müəyyənləşdirilməsi valideynlərin qərarından asılıdır. Məhz bu məqamda xoreoqrafiya sənətinin iki istiqamətinə - həvəskar və peşəkarlığa xüsusi diqqət yetirməliyik.

Uşağın gələcək peşə taleyini, ən başlıcası isə xoreoqrafiya üzrə istedad və qabiliyyətini inkişaf etdirmək imkanları həmin bu təhsil prioritetlərinin seçilməsindən asılıdır.

Bunun üçün də Bakı Xoreoqrafiya Akademiyasında, dünyanın xoreoqrafiya təhsili üzrə bir çox təhsil ocaqlarında olduğu kimi, xoreoqrafiya sənəti üzrə ümumi təhsil proqramlarını həyata keçirən, baza təhsili verən xoreoqrafiya məktəbləri fəaliyyət göstərir. Bir çox hallarda bu cür təhsil 5-9-cu sinifləri, milli xüsusiyyətlər nəzərə alınmaqla bəzi hallarda, məsələn Bakı Xoreoqrafiya Akademiyasında olduğu kimi 1-9 sinifləri əhatə edir. Məktəbdə oxuyarkən valideynlər uşağın istəyi, istedad və bacarıqlarından əlavə, ilk növbədə onun fiziki inkişafı, estetik tərbiyəsi və asudə vaxtının düzgün təşkil edilməsinə fikir verir. Əgər hər bir parametr valideyni qane edirsə, o uşağa peşəkar səhnəyə çıxması üçün təhsilini davam etdirməyə qərar verir və hər bir şey də məhz bu andan başlanır.

Xoreoqrafiya sənəti üzrə orta ixtisas təhsili bir sıra xüsusiyyətlərə malikdir. Öncə bu, uşaqların təbii istedad meyarlarına uyğun seçilməsi və müəyyən bir sistemə uyğun olaraq öyrədilməsidir. Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsində dərslərdə iştirakın dəqiq cədvəli üzrə tələbələrə tədris planında qeyd olunan fənlər, o cümlədən ixtisas fənlərinin keçirilməsi ilə yanaşı, rəqsin əsasları və bütövlükdə rəqs haqqında dərin biliklər verilir.

Orta ixtisas təhsil pilləsində əsasən klassik rəqsə, baletə, Azərbaycan rəqsi, xalq səhnə rəqsi və müasir rəqsə diqqət yetirilir. Peşəkar rəqqasın hazırlanmasında hər biri eyni dərəcədə böyük əhəmiyyətə malikdir.

Xoreoqrafiya sahəsində orta ixtisas təhsili böyük və peşəkar səhnəyə aparan və bunu gerçəkləşdirən ilk pillədir. Azərbaycanda 90 ilə yaxın bir zaman ərzində səhnə üçün hazırlanan milli kadrlar məhz orta ixtisas təhsil pilləsinin məzunlarıdır. Lakin həyat inkişaf edib, meyarlar və tələbat dəyişdikcə daha kamil və geniş imkanlar yaradan ali təhsilə zərurət yaranmışdır.

Buna baxmayaraq, məhz xoreoqrafiya sahəsində həyata keçirilən orta ixtisas təhsil proqramı istedadlı gənclərin elitar təhsili üçün daha yüksək modulların formalaşdırılmasına, o cümlədən yüksəkixtisaslı bakalavrların hazırlanması, daha sonra magistrantların olduqca mürəkkəb və gərgin proqramları mənimsəməsinə imkan verir.

Bu məqsədlə hətta müasir şəraitdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində tələbələrimizin təhsildən geri qalmaması üçün dərslərimizi onlayn şəkildə və videodərslər vasitəsilə davam etdiririk. Məqsədimiz tələbələrimizin müvafiq dərs proqramından geri qalmamasını və lazımi səviyyədə təhsil almasını müxtəlif proqram və imkanlardan faydalanmaqla təmin etməkdir.

Xatırladım ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması və həmin tarixdən xoreoqrafiya sənəti və təhsilinə dövlət qayğısının artırılması bu sahədə çalışan hər bir vətəndaş qarşısında böyük vəzifələr qoyur. Biz, xoreoqrafiya üzrə orta ixtisas təhsil pilləsi olaraq, missiyamızı məsuliyyətlə dərk edir və bu sənətin inkişafı üçün həm inzibati, həm təşkilati, həm də bədii-estetik cəhətdən tələb olunan işləri görmək üçün planlı şəkildə fəaliyyət göstəririk.

Odur ki, Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsi milli xoreoqrafiya sənətinin inkişafı naminə həyata keçirilən fasiləsiz təhsilin vacib tərkib hissəsi və sütunlarından biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər