Xosep Qvardiola Joze Mourinyonun rekordunu təkrarlayıb
Bakı, 15 aprel, AZƏRTAC
“Mançester Siti”nin UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlməsi ilə Xosep Qvardiola daha bir rekorda şərik olub.
AZƏRTAC xəbər verir ki, 50 yaşlı mütəxəssisin komandası 8-ci dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. “Barselona” və “Bavariya”ya rəhbərlik etdiyi vaxtlar 7 dəfə bu göstəriciyə imza atan Qvardiola, komandasının “Borussiya” üzərində qələbəsi ilə ilk pillədə olan Joze Mourinyoya çatıb.
Çempionlar Liqasında ən çox çempionluq yaşayan baş məşqçilər Zinədin Zidan, Karlo Ançelotti və Bob Peyslidir. Aktivində 2 çempionluq olan Qvardiola bu il titulu qazanarsa, bu üçlüyə şərik çıxacaq.
X.Qvardiola baş məşqçi kimi ilk dəfə 2008-2009-cu il mövsümündə mötəbər turnirin yarımfinalına yüksəlib. Həmin vaxt “Barselona”nın baş məşqçisi olan Qvardiolanın komandası turnirin qalibi olmuşdu.
Qeyd edək ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün yarımfinal mərhələsində PSJ ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]