YANVAR AYINDA AZƏRBAYCANDA 1 MİLYARD 838 MİLYON KİLOVAT-SAAT ELEKTİRİK ENERJİSİ İSTEHSAL OLUNMUŞDUR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda 1 milyard 838 milyon kilovat-saat elektirik enerjisi istehsal olunmuşdur.
Respublikanın su elektirik stansiyaları cəmi 126 milyon klovat-saat enerji istehsal etmişlər. Həcmin qalan hissəsi istilik elektrik stansiyalarının payına düşür. 2002-ci ilin birinci ayı ərzində Azərbaycanda 2 milyard 25 milyon kilovat-saat elektirik enerjisi istehlak edilmişdir. Bunun 187 milyon kilovat-saatı xaricdən alınmışdır.
Səhmdar cəmiyyətinin mətbuat xidmətindən onu da bildirmişlər ki, Astara rayonuna verilən elektirik enerjisi 3-4 meqavat artırılmışdır. Daxili ehtiyatlar hesabına 16 transformator bərpa edilmiş, 10 kilovat gücündə elektirik xətti çəkilmişdir ki, bu da rayona elektirik enerjisi verilməsini sabitləşdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]