YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol turniri davam edir
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinin play-off mərhələsinə yekun vurulub.
YAP-dan AZƏRTAC-a bildirilib ki, qalib gələn Sabunçu, Bərdə və Tovuz komandaları noyabrın 5-də Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.