YAP LƏNKƏRAN RAYON TƏŞKİLATININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları əvvəlcə Lənkəran şəhərində Heydər Əliyev adına Parkda ümummilli liderimizin abidəsi önünə əklil qoymuşlar.
YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov ötən dövr ərzində görülmüş işlər barədə geniş hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzə ətrafında müzakirələrdə Milli Məclisin deputatı Hadi Rəcəbli, YAP Lənkəran rayon təşkilatı Qadınlar Şurasının sədri Ofelya Qənbərova, YAP Lənkəran rayon təşkilatı Gənclər Birliyinin sədri İlkin Rəhimov, nümayəndələrdən Güloğlan Bağırov, Məhərrəməli Səlimov, rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və başqaları çıxış edərək, rayon partiya təşkilatının hesabat dövründəki fəaliyyətindən danışmış, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün təkliflərini vermişlər.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, YAP-ın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxışında partiyanın ötən dövr ərzində gördüyü işlərdən, ölkənin ictimai-siyası həyatında YAP-ın tutduğu mövqedən, son illər respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar və onun uğurlu nəticələrindən bəhs etmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Məruzələr dinlənildikdən sonra konfrans iştirakçıları təşkilati məsələləri müzakirə etmişlər. Konfransda YAP Lənkəran rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir.
İlqar Dadaşov yenidən rayon təşkilatının sədri seçilmişdir.
Konfrans nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunmuşdur.