Yaponiya bir neçə ölkəni birləşdirəcək sualtı kabel çəkəcək
Bakı, 14 yanvar, AZƏRTAC
Yaponiyanın “NTT DATA”, “Sumitomo Corporation” və “JA Mitsui Leasing” şirkətləri bir neçə region ölkəsini birləşdirəcək sualtı kabel çəkmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, “NTT DATA” şirkətinin saytında yerləşdirilmiş məlumata görə, Yaponiya, Malayziya və Sinqapuru Koreya, Filippin və Tayvanla birləşdirəcək sualtı kabelin uzunluğu təxminən 8100 kilometr olacaq.
İştirakçılar layihəni həyata keçirmək üçün müştərək “Intra-Asia Marine Networks” adlı yeni şirkət quracaqlar. 16 fiber-optik cütə malik olacaq kabel saniyədə təxminən 320 terabit ötürməni təmin edəcək. Təxminən 1 milyard dollara başa gələcək layihənin 2029-cu ilədək tamamlanması planlaşdırılır.
“Nikkei Asia” portalının məlumatına görə, ötən il Yaponiya və Sinqapur 2029-cu ilədək 8900 kilometr uzunluğunda sualtı kabel çəkəcəklərini elan ediblər. Həmin kabel bu ölkələri İndoneziya, Bruney, Malayziya, Filippin, Koreya Respublikası və Tayvanla birləşdirəcək.
Qeyd edək ki, dünya ölkələri arasında bütün məlumatların təxminən 99 faizi sualtı kabellər vasitəsilə ötürülür. Bu kabellər artıq iqtisadi və rəqəmsal təhlükəsizlik sahəsində vacib strateji infrastruktura çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]