YAPONİYA HÖKUMƏTİ AZƏRBAYCANIN 3 QEYRİ-HÖKUMƏT TƏŞKİLATINA MALİYYƏ VƏSAİTİ AYIRMIŞDIR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, həmin maliyyə vəsaiti hesabına “Sorqe” xeyriyyə cəmiyyəti tərəfindən Mingəçevir şəhərində uşaqlar üçün psixo-nevroloji sanatoriya təmir ediləcək, Azərbaycanın Əlil Qadınlar Cəmiyyəti tərəfindən konserv istehsal edən sex genişləndiriləcək, ABŞ-ın Mercy Corps təşkilatının ölkəmizdəki nümayəndəliyi tərəfindən isə Yardımlı rayonunda ilkin tibbi yardım təchizatı təkmilləşdiriləcəkdir.
Qeyd edək ki, ölkəmizin sosial-iqtisadi inkişafına kömək məqsədi ilə 2000-ci ildən həyata keçirilən bu proqram tərəfindən ümumi dəyəri 3 milyon 778 min ABŞ dolları olan 64 layihə maliyyələşdirilmişdir.