Yaponiya koronavirusla mübarizə üçün ikinci əlavə büdcəni iyunda qəbul edəcək
Tokio, 15 may, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe bəyan edib ki, hökumət koronavirus pandemiyasının təsirini azaltmaq məqsədilə atılacaq addımlarla əlaqədar ikinci əlavə büdcəni parlamentin iyunun 17-də başa çatacaq cari sessiyası dövründə qəbul etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir mayın 14-ü axşam saatlarında keçirilən mətbuat konfransı zamanı bəyan edib. Ş.Abe hökumət məmurlarına kiçik biznesin operatorlarına, işdən azad edilən əməkdaşlara və tələbələrə maliyyə yardımı göstərmək üçün yeni xərclər smetasını planlaşdırmağı həvalə edib.
Bu barədə planın mövcudluğu Baş Nazir Yaponiyanın 47 prefekturasından 39-da fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərarı elan edərkən məlum olub.
Ş.Abenin dediyinə görə, Nazirlər Kabineti ikinci əlavə büdcəni mayın 27-də təsdiq edəcək.
Xatırladaq ki, ölkədə qarşıdakı maliyyə ili üçün nəzərdə tutulan 25,69 trilyon yen həcmində birinci əlavə büdcə ötən ay qəbul edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]