Yaponiya öz ərazisində nüvə silahı yerləşdirilməsi məsələsini müzakirə etməyəcək
Bakı, 28 aprel, AZƏRTAC
Yaponiya hökuməti ölkə ərazisində hər hansı bir dövlətin nüvə silahının yerləşdirilməsi məsələsini müzakirəyə çıxarmaq fikrində deyil.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi mətbuat konfransında deyib. Bu məsələ ABŞ Prezidenti Cozef Baydenin Seula səfəri zamanı Birləşmiş Ştatların Koreya yarımadasında nüvə silahı yerləşdirməyəcəyi ilə bağlı bəyanatı fonunda gündəmə gəlib.
Tokio nüvə silahına malik olmamaq, onu istehsal etməmək və öz ərazisində yerləşdirməmək barədə üç nüvəsizlik prinsipi siyasətinə üstünlük verir. Son illər Yaponiyanın bütün hökumət başçıları, o cümlədən hazırkı Baş nazir Fumio Kişida bu üç prinsipə sadiq qalacaqlarını dəfələrlə bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]