Yaponiya tarixində hökumətə ilk dəfə qadın rəhbərlik edəcək
Pekin, 21 oktyabr, AZƏRTAC
Yaponiya parlamenti hakim Liberal Demokrat Partiyasının (LDP) sədri xanım Takaiçi Sanaeni ölkənin Baş naziri vəzifəsinə seçib.
AZƏRTAC xəbər verir ki, parlamentin aşağı palatasından sonra yuxarı palata da Takaiçi Sanaeni ölkənin Baş naziri vəzifəsinə seçib. Beləliklə, Yaponiya tarixində ilk dəfə olaraq hökumətə qadın rəhbərlik edəcək.
NHK kanalının məlumatına görə, yeni Baş nazir kabinet üzvlərini tezliklə açıqlayacaq. LDP-də sədr seçkisində onun əsas rəqibi olan Koizumi Şincironun müdafiə naziri, digər rəqibi Hayaşi Yoşimasanın isə daxili işlər və kommunikasiya naziri təyin olunacağı güman edilir. Bildirilir ki, Takaiçi Sanae artıq partiyanın keçmiş Baş katibi Moteqi Toşimitsunu xarici işlər naziri, Katayama Satsukini isə maliyyə naziri təyin etməyi qərarlaşdırıb
Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşibanın hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamasından sonra oktyabrın 4-də keçirilən seçkidə Takaiçi Sanae partiyanın sədri seçilib. LDP-nin müxalifətin əsas siyasi gücü olan Yaponiya İnnovasiya Partiyası (JIP) ilə koalisiya hökuməti qurmaq barədə əldə etdiyi razılıqdan sonra Takaiçi Sanaeinin parlamentdə Baş nazir seçilməsi üçün yol açılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]