Yaponiya və Türkiyə koronavirusa qarşı birlikdə mübarizə aparacaqlar
Tokio, 17 aprel, AZƏRTAC
Yaponiya və Türkiyə hökumətləri koronavirusa qarşı birlikdə mübarizə aparacaqlar. Bu barədə razılaşma Yaponiyanın Baş Naziri Şinzo Abe ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığı zamanı əldə edilib.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı müxbirinə verilən məlumata əsasən, telefon danışığı aprelin 17-də yerli vaxtla saat 19:15 dəqiqədə baş tutub. Təqribən 20 dəqiqə davam edən telefon danışığı zamanı Türkiyə Prezidenti COVID-19 pandemiyasına qarşı ölkədə görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
Baş Nazir koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində Türkiyə hökumətinin atdığı addımları alqışladığını bildirib. Öz növbəsində Yaponiyada koronavirusun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıb. Qeyd edib ki, Yaponiya şirkətinin iştirakı ilə Türkiyədə inşa edilən xəstəxana layihəsi həmin virusa yoluxmuş insanların müalicəsində əhəmiyyətli rol oynayacaq.
Prezident R.Ərdoğan da öz növbəsində Yaponiya tərəfinin COVID-19 koronavirusuna qarşı mübarizədə gördüyü tədbirləri yüksək qiymətləndirib.
Telefon danışığı zamanı liderlər infeksiyanın qarşısının alınması və eyni zamanda iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]