Yaponiyada koronavirusa qarşı anticismin kütləvi testləri keçiriləcək
Tokio, 15 may, AZƏRTAC
Yaponiya hökuməti gələn ay təqribən 10 min nəfərdə koronavirusa qarşı anticismin mövcudluğunu təyin etmək məqsədilə kütləvi testlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Katsunobu Kato məlumat verib.
“Biz 10 min yerli sakində koronavirusa qarşı anticismin mövcudluğunu təyin etmək üçün testlər edəcəyik”, - deyə nazir bildirib.
Son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16800 nəfəri ötüb. Onlardan 720-dən çoxu ölüb. Həmçinin 9 mindən çox xəstənin sağalaraq xəstəxanaları tərk etdiyi qeyd edilir. Bununla yanaşı, təqribən 250 nəfərin vəziyyətinin ağır olduğu da bildirilir.
Xatırladaq ki, Yaponiya hökuməti aprelin 8-də Tokio da daxil olmaqla səkkiz prefekturada fövqəladə vəziyyət rejimi tətbiq edib. Aprelin 16-dan mayın 31-dək bu vəziyyət bütün ölkə ərazisinə şamil olunub.
Lakin mütəxəssislərin rəyi nəzərə alınaraq hökumət mayın 15-dən 47 prefekturadan 39-da fövqəladə vəziyyət rejimini aradan qaldırıb. Onun ən azı mayın 21-dək Tokio, Kanaqava, Saytama, Çiba, Hyoqo, Kioto, Osaka və Hokkaydo prefekturalarında saxlanacağı bildirilir. Həmin səkkiz prefekturada Yaponiya əhalisinin təxminən 60 milyonu yaşayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]