Yaponiyalı gənc 231 günə yaxta ilə dünya turunu başa vurub
Pekin, 9 iyun, AZƏRTAC
Yaponiya hərbi dəniz qüvvələrinin keçmiş mənsubu Hirotsuqu Kimura 231 günə yaxta ilə dünya turunu başa vurub.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, 24 yaşlı Hirotsuqu Kimura səyahətinə ötən ilin oktyabrın 22-də Hyoqo prefekturasının Nişinomiya şəhərindən başlayıb. Bu, onun yaxta ilə 2-ci dünya səyahəti cəhdi olub. 2022-ci ildəki cəhdi mexaniki nasazlıq səbəbindən yarım qalmışdı. Hirotsuqu Kimura 52 min kilometrlik səyahəti zamanı Sakit okeanının cənubundan, Çilinin cənubundakı Horn burnundan, Cənubi Afrikanın Ümid burnundan və Avstraliya sahillərindən keçərək iyunun 8-də Yaponiyanın Vakayama prefekturasına çatıb. O, özü ilə kifayət qədər ərzaq və digər lazımi ehtiyat götürdüyü üçün səyahətini heç bir limana yan almadan və kənardan təchizat yardımı almadan başa vurub.
“Çox xoşbəxtəm. Hər şeydən çox, sağ qayıtmaqdan məmnunam”, - deyə gənc dənizçi səyahət hisslərini bu cür ifadə edib.
Qeyd edək ki, Hirotsuqu Kimura həmvətəni Kociro Şiraişinin 1994-cü ildə 26 yaşında reallaşdırdığı səyahət rekordunu yaşına görə yeniləyib. Elə Hirotsuqu Kimuranı dünya turuna həvəsləndirən də həmvətəni Kociro Şiraişinin uğuru olub. Orta məktəb illərində dənizçilik klubunun üzvü olan Hirotsuqu Kimura dünya dəniz səyahətinə çıxmağı arzu edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]