Yaponiyanın Baş naziri KXDR lideri ilə görüşün tərəfdarıdır
Bakı, 30 yanvar, AZƏRTAC
Pxenyanla münasibətlərdə problemlərin həlli üçün Şimali Koreya lideri Kim Çen Inla danışıqların aparılması zəruridir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida bunu parlamentdəki çıxışı zamanı deyib.
“KXDR ilə bağlı müxtəlif problemlərin həlli üçün Kim Çen In ilə danışıqlar aparmaq lazımdır. Bu məsələ mənim şəxsi nəzarətim altında yüksək səviyyədə araşdırılır”, - deyə Fumio Kişida bildirib.
Yaponiyanın hökumət başçısı Tokio-Pxenyan münasibətlərindəki problemlər arasında KXDR-in raket və nüvə proqramlarının inkişafını və Yaponiya vətəndaşlarının qaçırılmasını qeyd edib.
Fumio Kişida Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu dəfələrlə bəyan edib. Cənubi Koreya mediasının yaydığı məlumatına görə, 2023-cü ilin iyununda KXDR və Yaponiya nümayəndələri qaçırılan yaponiyalıların məsələsini müzakirə etmək üçün üçüncü ölkələrdə ən azı iki görüş keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]