Yaponiyanın Baş nazirinin Hindistana və Filippinə planlaşdırılan səfərləri təxirə salınıb
Tokio, 21 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşohide Suqanın Hindistana və Filippinə planlaşdırılan səfərləri təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, həmin səfərlər məhz koronavirus pandemiyasına görə təxirə salınıb.
Bildirilir ki, Baş nazir həmin ölkələrə Yaponiyada aprelin sonu mayın əvvəllərində baş tutan uzunmüddətli tətillər zamanı səfər etmək niyyətində idi. Qeyd edilir ki, bu səfərlər Y.Suqanın ötən həftə ABŞ-a baş tutan rəsmi səfərindən sonra keçirilməli idi.
Səfərlərin təxirə salınmasının əsas səbəbi kimi həmin ölkələrdə koronavirusa yoluxanların sayının durmadan artması göstərilir.
Yaponiyanın özündə də COVID-19 virusu yayılmaqda davam edir. Bunun nəticəsidir ki, hökumət Tokio, Osaka və Hyoqo prefekturalarında fövqəladə vəziyyət rejimini yenidən tətbiq etməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]