Yaponiyanın Çindəki yeni səfiri koronavirusa görə 2 həftə karantinə cəlb olunub
Pekin, 26 noyabr, AZƏRTAC
Yaponiyanın Çinə yeni təyin olunmuş səfiri Hideo Tarumi koronavirus pandemiyası ilə əlaqədar 2 həftəlik karantinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Pekindəki səfirliyi məlumat yayıb. Bildirilir ki, səfir noyabrın 26-da Yaponiyadan Çinin Çindao şəhərinə gəlib. Hava limanında COVID-19 testindən keçən diplomat və həyat yoldaşı səfirliyin avtomobili ilə birbaşa Pekindəki iqamətgahına gələrək, 2 həftəlik karantin dövründə özünütəcrid vəziyyətində yaşayacaqlar. Səfirin aşpazı isə Çindao şəhərindəki xüsusi ayrılmış mehmanxanada 2 həftə karantinə cəlb olunub.
Qeyd edək ki, Çində qüvvədə olan qaydalara əsasən, xaricdən gələn hər bir şəxs 2 həftəlik karantin dövrünü özünütəcrid vəziyyətində keçirməlidirlər. Bu, xaricdən virus axınının qarşısını almaq məqsədi daşıyır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]