“Yaradanlar və yaşadanlar” layihəsi yeni formatda
Bakı, 12 sentyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində AzTV-nin “Yaradanlar və yaşadanlar” layihəsinin bu mövsümdə ilk tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd tamaşaçı ilə canlı ünsiyyət qurmaqdır. Tamaşaçılar təmənnasız olaraq bu musiqiləri canlı ifalarda dinləmək imkanı qazanırlar. Eyni zamanda, yeni mövsümdə yenidən start götürən “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin foyesində heykəlləri ucaldılan sənətkarlar yad edilir, onların həyat və yaradıcılığından danışılır, eyni zamanda, onların ifalarında tarixən sevilən sənət nümunələri müasir musiqiçilərin ifasında tamaşaçılara təqdim olunur.
Layihənin AzTV-nin verilişləri sırasında öz yeri və çoxsaylı tamaşaçı kütləsi var. Ötən gün baş tutan layihənin növbəti buraxılışı yeni formatda reallaşıb. Verilişin yeni mövsümünün açılışında Azərbaycanın əbədiyaşar bəstəkarları Cahangir Cahangirov, Ələkbər Tağıyev, Oqtay Rəcəbov, Ramiz Mirişli, Bəhram Nəsibov və digərlərinin musiqiləri ifa olunub. Mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Ehtiram Hüseynov, xanəndələr Ayşən Mehdiyeva, Zabitə Alıyeva və digərləri səsləndirib.
Proqramın musiqi tərtibatçısı Xalq artisti Ağacəbrayıl Abasəliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]