“YARAT”da rusiyalı rejissorun filmi nümayiş edilib
Bakı, 12 sentyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor İvan Tverdovskinin “Atılmışlar” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Film Həftəsi çərçivəsində təqdim olunan ekran əsərinin xronometrajı 95 dəqiqədir.
Film xəstəliyə tutulmuş və ömrü boyu internatda yaşayan bir gəncin həyatından bəhs edir. Anası onu gözlənilmədən internatdan çıxarıb evlərinə gətirir. Filmin qəhrəmanı Moskvada, özündən asılı olmayaraq, mütəşəkkil cinayət qrupunun liderinə çevrilir. Rus dilində izlənilən ekran əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, rejissor, ssenarist, operator və rəssam kimi tanınan İ.Tverdovski 2012-ci ildən başlayaraq qısametrajlı filmlər proqramının kuratorudur. Rejissorun tammetrajlı kinoda debütü “Düzəliş sinfi” filmi olub. 2014-cü ildə Soçidə “Kinotavr” kinofestivalının iki mükafatına layiq görülüb, prokatçı münsiflər heyətinin mükafatını qazanıb və ən yaxşı debütə görə priz alıb. Film Karlovı Varı kinofestivalının “Qərbdən Şərqə” adlı Şərqi Avropa filmləri müsabiqəsinin baş mükafatına sahib olub. 2016-cı ildə 27-ci “Kinotavr” kinofestivalında “Zoologiya” filminə görə kinoşünas və tənqidçilər gildiyasının “Fil” prizini qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]
Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb
- 23.09.2026 [20:28]
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
- 23.09.2026 [20:22]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [20:13]