MƏDƏNİYYƏT
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yeni layihələrini davam etdirir


Bakı, 22 iyul, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yeni layihələr həyata keçirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, kitabxana növbəti - “Şəhidlər ölməz, Vətən bölünməz” adlı layihəni reallaşdırmaqla torpaqlarımız uğrunda döyüşən əsgərlərə və həlak olmuş şəhidlərin ailələrinə dəstək olur.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəxri oxucusu, tanınmış şair Ramiz Qusarçaylı kitabxanaya “Mənlik deyil” və “Gözümdə dərd çiçəkləri” adlı şeirlərini təqdim edib.
“Mənlik deyil” şeirində şair Azərbaycan uğrunda davadan başqa heç bir davanın bir məna kəsb etmədiyini vurğulayır.