Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakının Yasamal rayonunda, Şəfahət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri hadisə yerinə cəlb olunub, aidiyyəti digər dövlət qurumları məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.